Əmlak
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir... Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır... Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur.[1][2][3] Məhəmməd Əmin Rəsulzadə
- Bir məzhəblə bir din arasındakı tək fərq, sahib olduqları əmlakın miqdarında olur. Frenk Zappa
Ə
[redaktə]- Əmlak oğurluqdur. Mixail Bakunin
H
[redaktə]- Həyat əmlaka deyil, azadlığa iddialıdır. Rabindranat Taqor
Q
[redaktə]- Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun əmlakını ələ keçirməyə tələsirlər. Əgər cansız aləm adlandırılan dünya onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir. Teodor Drayzer
Ö
[redaktə]- Özünüz çox çalışın və ailə əmlakına güvənməyin. Hakka atalar sözləri
P
[redaktə]- Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir. Karl Marks
T
[redaktə]- Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz
Y
[redaktə]- Yaşayan atanın əmlakına övladların haqqı yoxdur. Çanakya
İstinadlar
[redaktə]- ↑ Nəsiman Yaqublu - "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" - Bakı Kitab Klubu. 2013
- ↑ Azərbaycan №5 "Bakı məsələsinə dair mülaqaat" 1918-ci il oktyabr
- ↑ Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır