Məzmuna keç

Aleksandr Lukaşenko

Aleksandr Lukaşenko
Doğum tarixi 30 avqust 1954
Doğum yeri Kopys, Belorusiya SSR, SSRİ
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Aleksandr Qriqoryeviç Lukaşenko (belar. Аляксандар Рыгоравіч Лукашэнка) — Belarus prezidenti.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Belarus dilində danışanlar danışmaqdan başqa heç nə edə bilməzlər, çünki Belarus dilində böyük bir şey ifadə etmək mümkün deyil. Belarus dil yoxsul dilidir. Dünyada yalnız iki böyük dil var. Rus və İngilis.
  • Bəla insanların özləri ona qapı açdıqları yerdə gəlir.
  • Biz Ukraynanın parçalanmasını istəmirik. Krımın Ukraynaya birləşdirilməsinin səhv olduğunu və Krımın əsasən Rusiya ərazisinə aid olduğunu söyləyənlər də var. Bu yanlış bir fikirdir.
  • Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz “Qazprom”a 187 milyon ödədik və yüz faiz hesablaşdıq

“Qazprom” 2010-cu ilin iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.[1]

  • Bu gün belarus xalqının həyat səviyyəsi müxtəlif səbəblərə görə dizdən aşağıdır və daha aşağı ola bilməz.
  • Diktator olmaq, homoseksual olmaqdan yaxşıdır[2].
  • Diktaturamız heç kimin yaşamasına və inkişafına mane olmur.
  • Dövlətimi sivil dünyaya aparmayacağam.
  • Əgər kimsə lezbiyandırsa, bu, kişinin günahıdır.
  • Homoseksual qadınlara bir növ bağışlanma ilə yanaşıram, amma homoseksual kişiləri heç bir şəkildə bağışlaya bilmirəm. Niyə soruşursunuz? "Bunun səbəbi, homoseksual qadınların bu yolu yalnız bəzi kişilərin əlilliyi və acınacaqlı vəziyyəti üzündən seçmələridir.
  • Qanunu pozursansa, cavabdeh olmalısan.
  • Mənim mövqeyim və dövlətim heç vaxt diktator olmağıma icazə verməyəcək, amma avtoritar idarəetmə tərzi mənim üçün xarakterikdir və mən bunu həmişə etiraf etmişəm. Ölkəni idarə etmək lazımdır və əsas odur ki, insanların həyatını məhv etməyəsən.
  • Ruslarla birlikdə mübarizə apardıq: bu bizim ümumi irsimizdir. Kim ağlını itirmək istəyirsə, rus dilini itirəcək. Ürəyini itirmək istəyirsə, belarus dilini itirəcək. Nə itirmək istəyirsən: ağıl yoxsa ürək?
  • Sovet İttifaqı, liderlərinin bütün səhvlərinə baxmayaraq, o zaman bir çox dövlət və xalq üçün ümid və dəstək mənbəyi idi. Sovet İttifaqı qlobal sistemin tarazlığını təmin etdi.

İstinadlar

[redaktə]

Skript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.