Məzmuna keç

Maksim Qorki

(Aleksey Peşkov səhifəsindən yönləndirilmişdir)
Maksim Qorki
Doğum tarixi 16 mart 1868
Doğum yeri Nijni Novqorod
Vəfat tarixi 18 iyun 1936
Vəfat yeri Gorki-10
Dəfn yeri Kreml divarı nekropolu
Vikipediya məqaləsi

Maksim Qorki, (rus dilində: Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus dilində: Алексей Максимович Пешков; 1868-1936) - rus və sovet yazıçısı, nasiri, dramaturqu; dünyanın ən əhəmiyyətli və tanınmış yazıçı və mütəfəkkirlərindən biri; 5 dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub: 1918-1923, iki dəfə 1928, 1933-cü illərdə. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Maksim Qorki (1910)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl, təvazökarlıq çərçivəsində daha gözəl görünən qiymətli daşdır.
  • Ağlın az olsun, amma özününki olsun.
  • Aldanma deyə bir şey yoxdur! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar.
  • Ana olmasa nə şair olar, nə qəhrəman.
  • Ateist dövrümüz Bibliya əfsanəsinə gülərək, Allahı insan axmaqlığının təxəllüsü hesab edir.
  • Başa düşmək lazımdır ki, alimin əməyi bütün bəşəriyyətin sərvətidir və elm ən böyük təmənnasızlıq sahəsidir.
  • "Belə eləmə" az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə.
  • Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir.
  • Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır.
  • Bəzən nə danışdığın deyil, necə danışdığın əhəmiyyətli olur.
  • Bilikdən daha güclü bir güc yoxdur; biliklə silahlanmış insan yenilməzdir.
  • Biz həmişə insanlardan şikayətlənirik. Özümüz də insanıq. Demək bizdən də şikayətlənə bilərlər.
  • Böhtan və yalan - meşşanların qanun şəkli almış siyasət metodudur.
  • Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.
  • Bu dünyada günəşdən daha gözəl Allah, od, gözəl sevgi atəşi yoxdur.
  • Bu dünyada hər şey nisbidir və onda insan üçün daha pis ola biləcək bir vəziyyət yoxdur.
  • Bütün həyatım boyu yalnız işləməyi sevən və bacaran adamları qəhrəman gördüm.
  • Bütün kilsələrin əsas vəzifəsi xoşbəxtliyin yer üzündə yox, göylərdə, özgəsi üçün məşəqqətli işdə çalışmasının savab iş olmasını yoxsul insanlara təqlid etməkdən ibarət olub.
  • Cəhənnəmdəki şeytanlar insanların bir-birlərini yezuit çevikliyi ilə ləkələyə bilmələrinə həsəd aparır.
  • Cəsarətli dəlilik həyatın hikmətidir!
  • Cəsurların çılğınlığı- həyatın hikməti budur!
  • Çox gülən insanların qəlbində daha böyük əzablar olur.
  • Dinclik deyilən o şeyin hər santimetrinə ehtiyacım var bu aralar. Mənə bir az bahar lazımdır.. Çox üşüdüm.
  • Dostluq yoldaşlığın ən yüksək pilləsidir.
  • Dünyada elə bir hikmət yoxdur ki, onu sadə və aydın sözlərlə ifadə edə bilməyəsən.
  • Dünyada ən yaxşı ləzzət və böyük fərəh-özünün başqasına lazım olduğunu hiss etməkdir.
  • Dünyada insan olmaq ən şərəfli vəzifədir.
  • Dünyadakı bütün gözəlliklər qadına olan sevgidən yaranıb.
  • Dünyanı tərpətmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi - azad əməkdir.
  • Düşmənin gözləri həmişə iti görür.
  • Elə sevigi var ki, o, insanın yaşamasına mane olur.
  • Evlənmək adamın sərbəstliyini əlindən alır.
  • Ədəbiyyat dərin məsuliyyətli bir məsələdir və hədiyyələrlə nazlanmaq tələb etmir.
  • Əclaflar ən ciddi hakimdirlər.
  • Əgər bir insana tez-tez “donuz” deyəndə, sonda o həqiqətən xortuldayacaq.
  • Əgər düşmən təslim olmursa, onu məhv edirlər.
  • Əgər müəllim dürüstdürsə, o, həmişə diqqətli bir şagird olmalıdır.
  • Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
  • Əlinizdə balta tuta bilməsəniz, ağac kəsə bilməzsiniz, dili yaxşı bilməsəniz, gözəl və hamı üçün başa düşülən bir şey yaza bilməzsiniz.
  • Əmək dünyada bütün yaxşılıqların başlanğıcı, bütün sevinclərin mənbəyidir.
  • Əmək və bilik, "ikinci təbiət" yaradır. Bu isə sözün dəqiq əsil mənasında mədəniyyətdir.
  • Əmək zövq olanda həyat gözəldir, vəzifə olduqda isə köləlikdir!
  • Ən xırda şeylərdə belə doğruçu olmaq lazımdır.
  • Əsgərin silahı tüfəng olduğu kimi, dil də ədəbiyyatçının silahıdır. Silah nə qədər yaxşı olarsa, döyüşçü də bir o qədər güclü olar.
  • Əsl müəllim həmişə ən çalışqan şagird olmalıdır.
  • Əsl sevgi ürəyi ildırım kimi vurur və ildırım kimi lal olur.
  • Gözəl şeyi hamı görməlidir, yalnız o zaman gözəl şey yaşayır.
  • Gün - bu ən qısa həyatdır, o günü elə yaşamaq lazımdır ki sanki sonuncu günüdür.
  • Günə kiçik bir həyat kimi baxmaq lazımdır.
  • Günəşsiz güllər açılmır, sevgisiz xoşbəxtlik yoxdur, qadınsız sevgi yoxdur, anasız nə şair, nə qəhrəman var.
  • Hamıdan öyrənin, heç kimi təqlid etməyin.
  • Heç kimin başqasının həyatı bahasına özü üçün sərvət qazanmağa haqqı yoxdur.
  • Heç olmasa kiçik, ancaq öz ağlın olsun.
  • Həqiqətin gözəl və cəsarətlə deyilmiş sözündən ibarət bir Allahı olan şairləri şöhrətləndirək.
  • Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.
  • Həmişə əlçatmaz bir şeyə aşiq olmaq lazımdır. İnsan yuxarı qalxdıqca boyu da uzanır.
  • Hər bir əqli cəhətdən sağlam insan, sanki, öz xalqının, əcdadlarının tarixi varlığının təəssüratları ilə yazılmış möhkəm bükülmüş nizamnamədir. Əlverişli şəraitdə açılan bu nizamnamə bizi Şevçenko, Puşkin, Mitskeviç kimi ruhlandırıcı hadisələrlə zənginləşdirir, xalqın ruhunu ən böyük gözəllik, qüvvət və dolğunluqla təcəssüm etdirir.
  • Hər bir insanda inşaatçının müdrik qüvvəsi gizlənir və onun inkişaf etməsi və çiçəklənməsi üçün ona sərbəstlik vermək lazımdır.
  • Hər bir iş onu sevənə qədər çətindir, sonra isə o həvəsləndirir və işi asanlaşdırır.
  • Hər ötən günə kiçik bir həyat kimi baxmaq lazımdır.
  • Həyat davam edir: onunla ayaqlaşmayan tək qalır.
  • Həyat insanların ağlı və iradəsinin tükənməz qüvvəsi ilə yaradılır.
  • Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
  • Həyatda dəyərli heç nə yoxdur: təbii ki, həyatın özünü hesaba almasaq.
  • Həyatda ən yüksək sevinc, ən yaxşı zövq özünü insanlara lazımlı və yaxın hiss etməkdir!
  • Həyatda məqsədə çatmaq üçün daim güclü olmaq lazım gəlir.
  • Həyatın mənası gözəllikdə və məqsədə çatmaq cəhdindədir.
  • Həyatın mənası insanın mükəmməlləşməsindədir.
  • Həyatın mənası məqsədlərə can atmanın gözəlliyində və gücündədir və varlığın hər anının öz yüksək məqsədi olmalıdır.
  • Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və ona daha gözəl hədəflərə yönləndirmək lazımdır. [1]
  • Həyatın yalnız iki forması var: çürümə və yanma.
  • Xatırlamaq başa düşmək kimidir. Nə qədər çox başa düşsən, bir o qədər yaxşı şeylər görəcəksən.
  • Xəstəliyin ən aktiv müttəfiqi xəstənin ümidsizliyidir.
  • Xoşbəxtlik, bədbəxtliyə nifrətdən, insanı təhrif edən və eybəcərləşdirən, fizioloji iyrəndirən, sızıldadan, inildədən, ah çəkən hər şeyi daxilən rədd etməkdən başlayır.
  • Xoşbəxtliyə gedən yol azad əməkdən başlayır.
  • Xurafat - köhnə həqiqətlərin qırıntılarıdır.
  • İdeyasız ağıl, hələ həyata daxil olan yaradıcı qüvvə deyil.
  • İnam-ən qüdrətli yaradıcı qüvvədir.
  • İnsan bir böyrü üstə uzananda narahat olur və o, o biri böyrü üstə çevrilir. Amma insanın yaşaması çətin olanda o, yalnız şikayətlənir. Sən səy göstər və çevril!
  • İnsan əməyinin və yaradıcılığının tarixi insan tarixindən daha maraqlı və daha əhəmiyyətlidir. İnsan yüz il belə yaşamayıb ölür, amma onun əməli əsrlərlə yaşayır.
  • İnsan kainatdır. Yaşasın bütün dünyanı özündə daşıyan insan!
  • İnsan kəsrə bənzəyir - məxrəcdə özü haqqında düşündüyü, surətdə əslində olduğudur. Məxrəc böyük olduqca, surət bir o qədər kiçikdir.
  • İnsan möcüzədir, yer üzündə yeganə möcüzədir və bütün başqa möcüzələr onun iradəsinin, zəkasının, təxəyyülünün yaradıcılığının nəticəsidir.
  • İnsan sevgisiz yaşaya bilməz. Ruh ona sevilə bilməsi üçün verilir.
  • İnsan sözü iftixarla səslənir.
  • İnsan tələbatının həddi-hüdudu yoxdur. O heç zaman razı qalmayacaq və bu, onun ən yaxşı keyfiyyətidir.
  • İnsan - yer üzünün zinətidir.
  • İnsana biliklərin zəruriliyini sübut etmək, onu görmənin faydalılığına inandırmaq kimidir.
  • İnsana necə inanmamaq olar? Hətta görsən ki, o yalan danışır, ona inan, yəni qulaq as və nə üçün yalan danışdığını başa düşməyə çalış.
  • İnsanda yaxşı nə varsa, günəşin şüalarında və anasının südündədir -bizdə həyat məhəbbətini doğuran budur.
  • İnsanı əzizləmək, oxşamaq heç vaxt zərərli deyil.
  • İnsanın hamının diqqət mərkəzində olmağa cəhd etməsi ən böyük fəlakətdir.
  • İnsanlar artıq sözlərin kütləsində dolaşığa düşür, özlərini itirirlər.
  • İradə gücü bütün dərmanlardan daha yaxşı təsir göstərir.
  • İstedad cins at kimidir, onu idarə etməyi öyrənmək lazımdır. Əgər onun yüyənini hər tərəfə dartsan, o yabıya çevriləcəkdir.
  • İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir.
  • İstedad özünə, öz gücünə inamdır.
  • İşdə həlledici rolu həmişə material yox, usta oynayır.
  • Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.
  • Keçmişi bilmədən müasir dövrün əsl mənasını və gələcəyi anlamaq qeyri-mümkündür.
  • Keçmişin vaqonunda heç yerə getməyəcəksiniz.
  • Kitab bilik mənbəyidir .
  • Kitab, həyatın insan kimi eyni fenomenidir, o da canlı, danışan bir faktdır və bir insanın yaratdığı və yaradacağı şeylərdən heç də az əhəmiyyətli bir şey deyildir.
  • Kitab insan ruhunun müqəddəs yazısıdır.
  • Kitab insanda görmədiyim, bilmədiyim cəhətləri mənə sübut etmək qüdrətinə malikdir.
  • Kitab oxuyun, amma yadınızdan çıxarmayın ki, kitab oxumaq öz yerində, beyninizi də işə salmalısınız.
  • Kitabı sevin, çünki o sizə insanları sevməyə öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq.
  • Kitabı sevin, o bilik mənbəyidir, ancaq bilik insana nicat verər, ancaq bilik bizi insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arasıkəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdən bəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı bir adam edir.
  • Kitabı sevin, o həyatınızı asanlaşdıracaq, düşüncələrin, hislərin, hadisələrin rəngarəng və coşğun qarışıqlığını anlamaqda sizə dostcasına kömək edəcək, o sizi insana və özünüzə hörmət etməyə öyrədəcək, o, ağlınızı və ürəyinizi dünyaya, bəşəriyyətə sevgi hissi ilə qanadlandıracaq.
  • Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım.
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.
  • Kitablar sayəsində yaşadım.
  • Kora ayıq bələdçi lazım olan kimi, insana da həqiqət lazımdır.
  • Qadın bəzən ərinə aşiq ola bilər.
  • Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən. [2]
  • Qadının nə istədiyini Allahın özü də bilmir!
  • Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir.
  • Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm.
  • Qısa nitqlər həmişə daha məzmunlu olur və güclü təəssürat oyadır.
  • Laqeyd olmayın, çünki laqeydlik insan ruhu üçün ölümcüldür.
  • Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən asılı olur.
  • Mədəniyyətin yüksəkliyi qadına olan münasibətlə müəyyən edilir.
  • Məhəbbətsiz həyat həyat deyildir - mövcud olmaqdır.
  • Mən günəşi, onun adını, adının şirin səslərini, daxilində gizlənən zəngləri çox sevirəm.
  • Mən həyatın mənasını yaradıcılıqda görürəm. Yaradıcılıq isə azad və tükənməzdir!
  • Mən məsəllərdən, daha doğrusu, aforizmlərlə düşünməkdən çox öyrənmişəm.
  • Mən müharibənin başdan-başa vəhşilik olmasını və müharibədə bir-birinin qarşısında heç bir təqsiri olmayan, zorla özünümüdafiə vəziyyətinə salınan insanların bir-birini qırmasını bilirəm.
  • Mis pul gümüş pula sürtüldüyü kimi, yaxşı adamın yanında dolaşsan, sonda dəyərin qalxacaq.
  • Mübahisə etmək, sevməmək demək deyil.
  • Müəyyən bir şeyə möhkəm meyl edəndə insanlar çox cazibədar olurlar. Müəyyən yerə gedir, nə isə bir şey axtarır, əzab-iztirab keçirirlər. Lakin məqsədlərinə çatıb dayanırlarsa, artıq onlar da maraq doğurmur, hətta nifrət qazanırlar.
  • Namuslu adam heç kəsə paxıllıq etmir.
  • Nə qədər çox bilsən, bir o qədər güclü olarsan.
  • Nə soruşulduğu barədə yox, niyə soruşdular barədə düşün. Nə üçün soruşulduğunu anlasan, necə cavab verməyi də biləsən.
  • Nifrət etməyi bacarmadan səmimi sevmək mümkün deyil.
  • Övladları tərbiyə etməyi bacarmaq istedad və geniş həyat təcrübəsi tələb edən böyük dövlət işidir.
  • Özün inanmadığın şeyi başqasına təklif etmə.
  • Özündən razı insan cəmiyyətin sinəsində bərkimiş şişdir.
  • Planetimizin ən gözəl və ən ecazkar varlığı olan insana baxıb fərəhlənməsək, həyatımızdakı iyrəncliklərdən və yalanlardan azad olmayacağıq.
  • Ruslar yoxsul və kasıb həyatlarından irəli gələn kədərlə əylənməyi,onunla uşaq kimi oynamağı sevir və nadir hallarda bədbəxt olmalarından utanırlar.
  • Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir.
  • Sadəlövh görünməkdən qorxmayın.
  • Sevgi, yaşamaq istəyidir.
  • Sevginin nəticəsi həmişə eynidir - yeni insan! Mən sizə uşaqdan deyil, onların sevdiyi insanlardan danışacağam. Bu hiss insanın ruhunu təzələyir, fərqli, daha yaxşı, daha gözəl bir şey yaradır.
  • Sevgisi heç bir maneə görməyən, südü ilə bütün dünyanı bəsləyən qadını-Ananı şöhrətləndirək!
  • Sevmək yaşamaq istəyidir.
  • Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!..
  • Sonsuz iş günlərində kədər bayramdır, yanğın əyləncə, boş sifətdəki cızılma isə bəzək.
  • Söz bütün faktların, fikirlərin libasıdır.
  • Susuz çiçək açmaz, sevgisiz də xoşbəxtlik yoxdur.
  • Sürünmək üçün doğulan uça bilməz!
  • Şəxsi eqoizm əclaflığın doğma atasıdır.
  • Şifahi xalq ədəbiyyatını öyrənmədən zəhmətkeş kütlənin həqiqi tarixini öyrənmək olmaz.[3]
  • Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır.
  • Təbiət insanı dördayaq gəzməkdən məhrum edib, ona ideal kimi bir əsa verəndən sonra o ən yaxşıya, ən yüksəklərə şüursuz cəhd etməyə başladı.
  • Tək böyük olsa da, yenə də kiçikdir.
  • Təmiz ağ və ya tamamilə qara insanlar yoxdur; insanların hamısı rəngarəngdir.
  • Tənqid etmək hüququna malik olmaq üçün hansısa həqiqətə inanmaq lazımdır.
  • Təslim olmayan düşməni məhv edirlər.
  • Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar.
  • Uşaqlar torpağın canlı çiçəkləridir.
  • Vətən xainini heç kəslə və heç nəylə müqayisə etmək mümkün deyil. Düşünürəm ki, hətta tif daşıyıcısı biti də bu cür müqayisə təhqir edə bilərdi. [4]
  • Yaxınlaşmaq istədiyin adamda pis keyfiyyətlərin yaxşı keyfiyyətlərdən çox olduğunu düşünərək ona yaxınlaşma.
  • Yaxşı həmişə ən yaxşının arzusunu alovlandırır.
  • Yalan - qulların və ağaların dinidir, həqiqət isə azad insanın allahıdır.
  • Yalan - mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır.
  • Yalnız həyatın mənasını, insanların istəklərini və hərəkətlərinin əsl səbəblərini anlamağı öyrədən kitabları oxumaq və hörmət etmək lazımdır.
  • Yalnız iki cür həyat forması var: çürümə və yanma. Qorxaq və acgözlər birincini, cəsarətli və səxavətlilər isə ikincini seçirlər.
  • Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər.
  • Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır yazıçının yalnız bir müəllimi var - onun oxucuları.
  • Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən.
  • Zaman-sakit həyatı sevən insanların düşmənidir.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

[redaktə]
  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.35
  2. [1] Qadın böyük qüvvədir...
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  4. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. sh.494.