Məzmuna keç

Alqayıt

Alqayıt
Doğum tarixi1939
Doğum yeriDaşkənd, Ermənistan SSR, SSRİ
Vəfat tarixi2013
Vəfat yeriXırdalan, Azərbaycan
Dəfn yeriXırdalan qəbiristanlığı
Vikipediya məqaləsi

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Alqayıdam, nə altunam, nə zərəm,

Ləl yerinə həqiqəti gəzərəm.
Ürəyimi parçalasa, dözərəm,
Böhtan əli vicdanıma dəyməsin.

  • Bir daha qapımı döyməsin nadan,

Sahibi məhv olmuş bir otağam mən.
Həyasız yanında susa bilmərəm,
Utancaq yanında utancağam mən.

  • Dosta vəfasızsan söyləyib atma,

Qartalı uçuşdan əyləyib atma.
Alqayıt, dərsən də iyləyib atma
Saxla təravəti güldən yadigar.

  • Vətən gözlərimdə oddu-ocaqdı,

Tükənməz sərvəti qucaq-qucaqdı.
Qorxma, əbədilik yaşayacaqdı
Könül nəyin varsa, eldən yadigar.

Xarici keçidlər

[redaktə]
  1. ↑ Alqayıt, "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011. səh.6.