Araz (çay)
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bu ləkə ilə bərabər təkrar edirəm ki, Azərbaycan yüz on il bundan qabaq həvadisi-ruzgardan təslim olundu və Araz çayının şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavərayi-Qafqaz olsun. Məhəmməd Əmin Rəsulzadə
H
[redaktə]- Hər axan suya Araz deməzlər. Azərbaycan atalar sözləri/H
Araz çayı haqqında bayatılar
[redaktə]- Araz daşanda mələr,
Kür qarışanda mələr.
Bala öz anasından,
Ayrı düşəndə mələr.
- Araz axar, yan gedər,
Üstündə min can gedər.
Yaramı yar bağlasın,
Yoxsa axar, qan gedər.
- Araz axar yan verər,
Səsi mənə jan verər.
Yaramı möhkəm bağla,
Bağlamasan qan verər.
- Araz, Araz, xan Araz.
Dağlardan axan Araz,
Yardan bir xəbər gətir,
Evimi yıxan Araz.
- Araz, Araz, xan Araz,
Dəryaya baxan Araz.
Nişanlım gəmidədi,
Gəl, eyləmə qan Araz.
Arazı ayırdılar,
Qan ilə doyurdular.
Mən sizdən ayrılmazdım,
Zor ilə ayırdılar.
- Araz başdan lil gələr,
Dəstə-dəstə gül gələr,
Neylərəm belə yarı,
Ayda-ildə bir gələr.
- Araz buruldu, getdi,
Suyu duruldu, getdi.
Mən dedim yar incidi,
Demə yoruldu, getdi.
- Araz daşanda bilər,
Kür qarışanda bilər.
Yar yarının qədrini,
Ayrı düşəndə bilər.
- Araz gəlir, lillənir,
Suyu gəlir, güllənir.
Yarı xəlvətdə görcək,
Mənim qəlbim dillənir.
- Araz qırağı meşə,
Gəti dəsmalın döşə.
Arasına gül düzüm,
Dövrəsinə bənövşə.