Ayzek Zinger

Vikisitat saytından
Jump to navigation Jump to search

Ayzek Zinger (1904-1991), yəhudi mənşəli Amerika yazıçısı; ədəbiyyat üzrə Nobel mükafatı laureatı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqalarına xəyanət etdiyiniz anda özünüzə də xəyanət etmiş olursunuz.
  • Biz azad seçimə inanmalıyıq – bizim seçimimiz yoxdur.
  • Biz insanın düşüncələrini bizə söylədiklərindən deyil, hərəkətlərindən bilirik.
  • Biz yalnız uşaqlar üçün deyil, həm də onların valideynləri üçün yazırıq. Onlar da ciddi uşaqlardır.
  • Bizim biliklərimiz böyük cəhalət okeanında kiçik bir adadır.

D[redaktə]

  • Düz danışmaq dinclik, yalan danışmaq əzab gətirir. [1]

E[redaktə]

  • Eyni şeyi təkrar-təkrar təkrarlamaq kişi təbiətinə xas deyil.

Ə[redaktə]

  • Əgər təcrübə paylaşılmırsa, o zaman kimə lazımdır?

H[redaktə]

  • Hər bir yaradıcı öz daxili baxışı ilə onun son ifadəsi arasındakı boşluğu çox ağrılı hiss edir.

K[redaktə]

  • Kağız qutusu yazıçının ən yaxın dostudur .

M[redaktə]

  • Mən simvol icad etmirəm, çünki Allah artıq milyonlarla simvol icad edib... necə ki, barmaq izi mütəxəssisləri barmaq izlərini yaratmırlar, lakin onları oxumağı öyrənirlər.

U[redaktə]

  • Uşaq vaxtı mənə yalançı deyirdilər, indi böyümüşəm, yazıçı deyirlər.
  • Uşaqlar üçün yazmağa başlamağımın beş yüz səbəbi var, amma çox vaxt itirməmək üçün yalnız bir neçəsini sadalayacağam. Onlar sevimli yazıçının bəşəriyyəti xilas edəcəyini gözləmirlər. Nə qədər gənc olsalar da, onun bu gücün olmadığını başa düşürlər. Yalnız böyüklərdə belə uşaq illüziyaları olur.

Y[redaktə]

  • Yalnız fərdi olan ədalətli və doğru ola bilər.
  • Yəhudilər 2000 il sürgündə oldular, yüzlərlə ölkədə yaşadılar, yüzlərlə dildə danışdılar və buna baxmayaraq qədim dilləri olan İbrani dilini saxladılar. Onlar da arameycə, sonra isə Yahudi dilini saxladılar, kitablarını saxladılar və inanclarını qorudular.

İstinadlar[redaktə]

  1. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,