Bəhram Bağırzadə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bakıda kitab dükanları varsa, deməli kitaba tələbat var, insanlar kitab oxuyur..[1]
  • Biz gərək passionar millət olaq, qarşımıza ən yüksək məqsədlər qoyaq. Necə ki, vaxtilə Üzeyir Hacıbəyov Şərqdə ilk operanı yazmağı qarşısına məqsəd qoymuşdu.[1]
  • Böyükağa Hacıyev Napoleondursa, Qurban Qurbanov Teymurləngdir.[2]
  • Bütün mənəviyyatsızlıqlar Allahsızlıqdan irəli gəlir.[1]

Ç[redaktə]

  • Çoxları köynəkdə doğulur, mən isə kepkada.[3]

Ə[redaktə]

  • Əgər Mikayıl Cabbarov müəllimlərin maaşlarını 200 manatdan 2 min manata qaldıra bilsəydi, problemlərimiz olmazdı.[1]

İ[redaktə]

  • İki hacı müqəddəs Ramazan ayında bilyard oynayırlar. Biri o birisindən soruşur ki “bəs nədən oynayacağıq?”. İkinci cavab verir: “İftardan”.[3]

K[redaktə]

  • Keçmiş Sovet İttifaqında gürcülər kimi düzgün geyinən ikinci millət tanımıram. Ucuz geyinsələr də, düzgün geyinirlər.[1]

M[redaktə]

  • Mən hərdən sual verirəm ki, məgər Allah-Təala azərbaycanlılar üçün yalnız qara rəng fikirləşib? Milyon rəng var. Məktəblərdə uşaqlar ən azı həftədə 2 dəfə şəkil çəksələr, onlar gələcəkdə rəngarəng geyinəcək, zövqlü olacaqlar.[1]

S[redaktə]

  • Şəhəri şəhər edən insanlardır, memarlıq deyil.[1]
  • Sovet Bakısında fahişəlik yox idi.[1]

İstinadlar[redaktə]