Məzmuna keç

Bəhruz Kəngərli

(Bəhruz Gəngərli səhifəsindən yönləndirilmişdir)
Wikipedia logo
Wikipedia logo
Bəhruz Kəngərli haqqında Vikipediyada məqalə var.
2012-ci ildə Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunan poçt markası

Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 22 yanvar 1892, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya İmperiyası — 7 fevral 1922, Naxçıvan, Naxçıvan qəzası, Naxçıvan MSSR, RSFSR) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək Realizm (incəsənət)|realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.[1]

Bəhruz Gəngərli haqqında sitatlar

[redaktə]
  • Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur. — Heydər Əliyev
  • Bəhruz Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən, o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir. — Heydər Əliyev
  • Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır.[2] — “İqbal” qəzeti, 1914-cü il.
  • O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir. — Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri.

Mənbə

[redaktə]
  • Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi – Bəhruz Kəngərli, "Şərq qapısı" qəzeti, 22.01.2014

İstinadlar

[redaktə]
  1. "Founder of realistic easel painting in Azerbaijan turns 125". www.today.az. İstifadə tarixi: 19 sentyabr 2017.
  2. [1] Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi – Bəhruz Kəngərli