Məzmuna keç

Bəxtiyar (film, 1955)

Bəxtiyar filmi rejissor Lətif Səfərov tərəfindən 1955-ci ildə ekranlaşdırılmışdır. Musiqili film neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanovİsmayıl Əfəndiyev ifa edirlər.

Filmdən sitatlar

[redaktə]
  • "İşimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?"
  • " Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm".
  • "Sən bu sözləri Gülzar xalana da demisən".
  • "Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir".
  • "...İşlərimizə baxacaqlar."
  • "İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?"
  • "Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq".
  • "Bu gün axşam?"
  • "Bu gün yox, a kişi. Sabah ey, sabah".
  • "Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!"
  • "Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm".
  • "Kimi işdən götürürlər?"
  • "Səni"
  • "Məni? Bəs səni?"
  • "Fikirləşin, hamınız fikirləşin"
  • "Yusif partladı"

Mənbələr

[redaktə]
  • news.milli.az (23 May 2013). "Filmlərdən sitatlar həm danışır, həm də danışdırır..." (azərb.). Samirə Behbudqızı. İstifadə tarixi: 2019-07-20.