Baba Pünhan
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
B[redaktə]
- Bazar insan həyatıdır, həyat isə insan bazarı.
- Bəşər gələn əsrə raketlə gedir, amma bizimkilər motoskiletlə gedir.
- Bu cahan haqqı tapınca hələ çox fırlanacaq, bu məkan haqqa çatınca olacaq modda Baba.
D[redaktə]
- Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var, Bakı xəstədir.
E[redaktə]
- Ey erməni, bir damcı, əgər qeyrətə gəlsək,
Mütləq qoyarıq, şəhri İrəvanına bir qoz.
Ə[redaktə]
- Əsgərimiz bittənib, nazirimiz əttənib,
Qızlarımız lüttənib, oğlan da it günündə
H[redaktə]
- Haqqı çox gəzdim bu dünyada. Axırda haqqın özünü yox, məzarını tapdım!
- Həsrət dolu gözlər dikilib dağlara qaldı,
Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
İ[redaktə]
- İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.
K[redaktə]
- Kiçilən Azərbaycana böyük don tikilir,
Üzü güllü, içi də milli yamaqnan doludur. - Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox. - Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?
Q[redaktə]
- «Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,
Nə gözəl ki, Bakı hər cür Qarabağnan doludur. - Qarabağ taleyini Bermuda oxşar eləyən,
O səbəbdir ki, onun keçmişi üç nöqtə olub - Qardaşımız ölsə də qan vermərik,
Bizdə paxıllıqlar axır qan kimi.
Erməni Xankəndinə tanklar yığır,
Biz yubileylər edirik xan kimi. - Qəribədir, əvvəllər özgəyə quyu qazanda özün düşürdün, indi isə özgəyə quyu qazanda həm neft çıxır, həm də ora özgəsi düşür.
N[redaktə]
- Neçə ildir başıma turp əkilir, lək yerinə,
Dəyişib indi zaman, turpu çıxart ək yerinə,
O[redaktə]
- Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər. - Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
T[redaktə]
- Toxun, acdan xəbəri onda olar ki, bunu bil,
Taxıla, gərçi bəsirət gözü eynək yerinə.
U[redaktə]
- Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,
Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.
Y[redaktə]
- Yekə dağlar ətəyindən tutan alçaq təpəyəm,
Təpədəndirsə maraq – nəyimə gərəkdir Qarabağ.