Məzmuna keç

Bakı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir... Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır... Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur.[1][2][3] Məhəmməd Əmin Rəsulzadə
  • Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə, burada ildə 200 dəvə yükündən çox neft çıxarılır. Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə ağ neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilir və başqa ölkələrə göndərirlər.[4] Əbdürrəşid Bakuvi
  • Bakıda kitab dükanları varsa, deməli kitaba tələbat var, insanlar kitab oxuyur. - Bəhram Bağırzadə.[5]
  • İki saat Moskva tıxacında olmaq mənim üçün 20 dəqiqə Bakı tıxacında qalmaqdan üstündür. - Elçin Əzizov [6]
  • Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır... - Qara Qarayev[7]

Vikipediyada Bakı haqqında məqalə var.

İstinadlar

[redaktə]
  1. Nəsiman Yaqublu - "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" - Bakı Kitab Klubu. 2013
  2. Azərbaycan №5 "Bakı məsələsinə dair mülaqaat" 1918-ci il oktyabr
  3. Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır
  4. [1] Qədim dünya səyyahları Azərbaycanın təbiəti haqqında
  5. 5,0 5,1 Bəhram Bağırzadə: Allahsız olmuşuq
  6. Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır!
  7. Qara Qarayevin doğum günüdür