Jozef Fuşe
Görünüş
(Cozef Fuşe səhifəsindən yönləndirilmişdir)
Jozef Fuşe | |||
Doğum tarixi | 21 may 1759 | ||
Doğum yeri | Le Pellerin | ||
Vəfat tarixi | 26 dekabr 1820 | ||
Vəfat yeri | Triest | ||
Dəfn yeri | Ferrières-en-Brie | ||
|
Jozef Fuşe — (fr. Joseph Fouché) Nantlı Fuşe, Otranto Hersoqu, Qraf Fuşe kimi bilinən fransız siyasətçisi, 1759-cu il mayın 21-də Nant yaxınlığındakı Le Pellerində anadan olmuş və 26 dekabr 1820-ci ildə Triestdə vəfat etmişdir. O, xüsusilə Fransa Burjua İnqilabı dövründə, 1793-cü ildə baş vermiş Lion üsyanını qəddarlıqla yatırtması ilə tanınır. Bu üsyanı yatırması onun Direktoriya, Konsulluq və İmperiya dövrlərində Polis Naziri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlınıza gələnləri dərhal ifadə etməyin, bir az gözləyin ...
K
[redaktə]- Kitab dünyaya bənzər: bəzən güldürür, bəzən düşündürür.
Ö
[redaktə]- Ölüm əbədi yuxudur.
S
[redaktə]- Söz insana fikirlərini gizlətmək üçün verilir.
Jozef Fuşe haqqında sitatlar
[redaktə]- Dövrünün ən qüdrətli adamlarından biri, bütün zamanların ən qəribə adamlarından biri, ətrafındakı dünyadan az məhəbbət, sonrakı nəsillərdən isə daha az ədalət qazandı.Stefan Sveyq
- Dünya inqilabı zamanı bütün partiyalara rəhbərlik edən və onların hamısından tək sağ çıxan, həm Napoleona, həm də Robespiyerə psixoloji dueldə qalib gələn insanı tarix sakitcə əhəmiyyətsiz personajların arxa cərgəsinə itələdi. Stefan Sveyq
- Fuşe xalq üzərində Napoleonun özündən daha çox gücə malikdir. Onore de Balzak
- Fuşe Napoleonun indiyə qədər sahib olduğu yeganə nazirdir. Onore de Balzak
- Qaranlıq, dərin, qeyri-adi və az tanınan ağıl. Onore de Balzak
- O, keçmişi düzgün mühakimə edən dərin adamların gələcəyi görə bildiyi yüksəkliyə yüksəldi. Onore de Balzak
- Sərbəst soyuqqanlılıq Fuşenin əsl gücüdür. Stefan Sveyq