Məzmuna keç

Cəmaləddin Əfqani

Cəmaləddin Əfqani
Doğum tarixi 1838, 1839
Doğum yeri Əsədabad (Əfqanıstan)
Vəfat tarixi 9 mart 1897
Vəfat yeri İstanbul
Dəfn yeri Kabil vilayəti
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insan, bəyənmədiyini sevməyəndir.
  • Azadlıq bayrağının ən yaxşı rəngi qəhrəman Mücahidin qanıdır.
  • Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər[1]
  • Cahillər idarə edərsə, cəmiyyətin nizamı dağılacaq.
  • Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür.
  • Lider əmr və sözləri ilə deyil, əməli ilə xalqa rəhbərlik edəndir.
  • Məzlumun zalımın vədlərinə güvənməsi, top və qılıncdan daha ölümcüldür.
  • Özünü islah edə bilməyən başqasını islah edə bilməz.
  • Satış üçün odun yığan, qızıl saxlayandan daha yaxşıdır.
  • Şərq təvazökar, məmnun, narahat, ağıllı, dəyişkən, səbrsizdir.
  • Yaşlılıq həmişə üstünlük gətirmir

İstinadlar

[redaktə]
  1. Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29.