Dmitri Dmitriyeviç Şostakoviç (rus. Дмитрий Дмитриевич Шостакович; sentyabr 1906, Sankt-Peterburq – 9 avqust 1975, Moskva) — görkəmli sovet rus bəstəkarı, pianoçusu, pedaqoqu və ictimai xadimi, professor. Sosialist Əməyi Qəhrəmanı (1966), SSRİ xalq artisti (1954), Lenin mükafatı (1958), və SSRİ dövlət mükafatı (1968) laureatı. Dmitri Şostakoviç — XX əsrin ən böyük bəstəkarlarından biri, 15 simfoniya, 6 konsert, 3 opera, 3 balet və o cümlədən də, kinofilm və teatr musiqilərinin müəllifidir.
Böyük musiqi sənətini sev və öyrən. Sizə yüksək hisslər, ehtiraslar, düşüncələr dolu bir dünya açacaqdır. Bu sizi ruhani cəhətdən daha zəngin edəcəkdir. Musiqi sayəsində əvvəllər sizə məlum olmayan yeni güclər tapacaqsınız. Həyatı yeni rəng və rənglərlə görəcəksən.