Məzmuna keç

Emanuel Lasker

Emanuel Lasker
Doğum tarixi 24 dekabr 1868
Doğum yeri Barlinek
Vəfat tarixi 11 yanvar 1941
Vəfat yeri Nyu-York
Dəfn yeri Beth Olam Cemetery
Vikipediya məqaləsi

Emanuel Lasker (24 dekabr 1868 - 11 yanvar 1941) — Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı olmağın yeganə yolu daha güclü rəqiblə oynamaqdır - 1899
  • Biz fabriklər təşkil etməyi öyrənmişik, amma hələ də zehni işimizdə, ideoloji dəyərlərin yaradılmasında qənaətcil olmağı bilmirik.
  • Dama şahmatın anasıdır, həm də hörmətli anadır.
  • Düzgün planı tapmaq onun arxasındakı əsaslandırmanı tapmaq qədər çətindir.
  • Gənclik günlərindən xatırlayıram ki, qocaman maestrolar tez-tez gənc qüvvələrin yolunu kəsməyə və bununla da oyunun gedişinə mane olmağa meyllidirlər. Gəncliyin yolunu kəsənlərə mənsub olmaq istəmirəm.
  • Həyatda oyunlar heç vaxt oyundakı kimi mübahisəsiz şəkildə qazanılmır; oyun bizə həyatın bizi inkar etdiyi məmnunluqlar verir.
  • İnsan təbiəti rasionallıq və çılğınlıqla xarakterizə olunur; lakin belə görünür ki, insan beynindəki çılğınlıq mərkəzləri rasionallıq mərkəzlərindən daha yaxşı inkişaf etmişdir.
  • Mən çoxlu şahmatçı tanıyırdım, amma onların arasında yalnız bir dahi var - Kapablanka!
  • Mənə əla açılış təlimatından üç variantı göstərin və mən onlardan ikisinin səhv olduğunu sübut edəcəyəm.
  • Nə adlar, nə rəqəmlər, nə də ayrı-ayrı hadisələr, hətta nəticələr deyil, yalnız metodlar nəzərə alınmalıdır.. Metod çoxsaylı nəticələr verir; bunlardan bir neçəsi bizim yaddaşımızda qalacaq və nə qədər ki, onlar az qalacaqlar, min bir nəticə əldə edən qaydaları təsvir etmək və yaşatmaq üçün faydalıdırlar.
  • Oyunu orta səviyyəli şahmatçı oynadıqda, bir çox mümkün olanlar arasından düzgün gedişin seçimi mövqeyin tələbləri ilə məhdudlaşmır, təsadüfi şəraitlə müəyyən edilir. Eyni şey insan fəaliyyətinin digər sahələrində də baş verir. Orta səviyyəli pianoçu bir əsəri ifa edəndə bunu müxtəlif üsullarla edə bilir, amma Rosenthal və ya Paderevski üçün (o dövrün məşhur pianoçuları) bir ötürmə yolu var... Rəssam nə qədər yüksəkdirsə, bir o qədər azad olur.
  • Öz orijinallığını hiss edirsənsə, yoxsulluğa dözmək daha asandır.
  • Səhvlər olmadan parlaq qələbələr ola bilməz.
  • Şahmat oyunu iki böyük şəxsiyyətin yaradıcılığının məhsulu olsa da, bir ahəngdar şəxsiyyətin izini daşıyan sənət əsərləri kimi qeyri-məhdud azadlığa malik deyil.
  • Şahmat taxtasında döyüş insanlar arasında olur, taxta fiqurlar arasında deyil.
  • Şahmat taxtasında yalana, riyaya yer yoxdur. Şahmat kombinasiyasının gözəlliyi onun həmişə doğru olmasıdır. Şahmatda ifadə olunan amansız həqiqət münafiqin gözünü yeyər.
  • Şahmat üzrə təhsil müstəqil düşünmə və mühakimə etmə təhsili olmalıdır. Şahmat əzbərlənməməlidir, çünki o, kifayət qədər əhəmiyyət kəsb etmir... Yaddaş xırda şeylərlə dolu olmaq üçün çox qiymətlidir.
  • Şahmatda elm və sənət elementləri var, amma hər ikisi ən vacib şeyə - döyüşə tabedir!
  • Şahmatda göstərdiyimiz səylər öz layiqli nəticəsinin yalnız yüzdə birinə çatır... Bizim təhsilimiz, bütün fəaliyyət sahələrində vaxt və dəyərləri dəhşətli dərəcədə israf edir.
  • Şahmatda özünü öyrətmək istəyən, Şahmatda ölü olandan... aşağı rəqiblərlə oynamaq vərdişindən qaçmalıdır; çətin işlərdən qaçmaq adəti; başqaları tərəfindən aşkar edilmiş variasiyaları və ya qaydaları tənqidsiz qəbul etməyin zəifliyi; öz-özünə kifayət edən boş şey; səhvləri qəbul etmək qabiliyyətinin olmaması; qısacası, dayanmağa və ya anarxiyaya aparan hər şey.
  • Təbii ki, şahmat incə və dərin məzmunlu olmasına baxmayaraq, ancaq bir oyundur və cəmiyyətin təcili ehtiyaclarına xidmət edən elm və texnika kimi ciddi münasibət tələb edə bilməz; onları fəlsəfə və incəsənətlə daha az müqayisə etmək olar.
  • Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.
  • Yaxşı bir hərəkət görsəniz, daha yaxşı bir hərəkət axtarın.
  • Yaxşı və ya pis hərəkətlər yoxdur. Yalnız yaxşı və ya pis siqarlar var.

İstinadlar

[redaktə]