Məzmuna keç

Göy məscid (Təbriz)

Təbrizdə Göy məscid

Göy məscid (fars. مسجد کبود Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.[1][2][3][4]

Göy məscid (Təbriz)

[redaktə]
  • İstənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar.[5]
    • Cəfər Qiyasi - arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
  • Orta və Kiçik Asiyada, İranda, Volqa boyunda aktiv yaradıcılıq ilə məşğul olan Təbrizin orta əsr memarlıq bəzəyi ustaları, sanki bütün bacarıqlarını Göy məsciddə nümayiş etdirərək kaşı mozaikasının təkamülünü başa çatdırmışlar. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir. [5]
    • Cəfər Qiyasi - arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
  • Təbrizdə sünni məscidinin (Göy məscidin) planı Bursadakı Yaşıl camini (1413–1421) çox xatırladır.[5]
    • C. Ə. Ərsevən, türk alimi

İstinadlar

[redaktə]