Mən öz vətənimi sevirəm, gələcəkdə keçəcəyim imtahanlar nə qədər ağır olsa da, mən öz vətənimdən əl çəkmirəm. Burada mənim atamın qəbri vardır. Mənim qəbrim də burada olmalıdır.
Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir.
Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər.