I Abbas
Görünüş
(I Şah Abbas səhifəsindən yönləndirilmişdir)
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (d.27 yanvar 1571 – 19 yanvar 1629) - Səfəvilər dövlətin V hökmdarı.
I Abbas haqqında sitatlar
[redaktə]Ş
[redaktə]- Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. Abbasqulu ağa Bakıxanov [1][2]
- Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi.[3] Petra della Valle
İstinadlar
[redaktə]- ↑ Gülüstani-İrəm, "AzSSR Elmlər Akademiyası nəşriyyatı", Bakı-1951, səh.143-144
- ↑ A. A/Bakıxanov. Gülüstani-İrəm (Tərcumə edəni M. Əskərli) - Bakı: Minarə, 2000. - səh.52
- ↑ Viaggi di Pietro Della Valle il pellegrino, descritti da lui medesimo in lettere familiari all'erudito suo amico Mario Schipano, divisi in tre parti cioè: la Turchia, la Persia e l'India. Colla vita e ritratto dell'autore, Torino, 1843.