I Təhmasib
I Təhmasib - 1524-1576-ci illərdə Səfəvi hökmdarı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Q[redaktə]
- Qəzəb və düşmənçilik ölkənin viran olunmasına, sülh və əmin-amanlıq isə rəiyyətin rifahına səbəb olur.
M[redaktə]
- Mən onun (Osmanlı sultanını nəzərdə tutur) cavabında yazdım… Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm? Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olmuşlar. Onlar axşamdan səhərədək şərab içmiş və müharibə əhval-ruhiyyəsində olmuşlar… O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram.
I Təhmasib haqqında sitatlar[redaktə]
- Şah Təhmasibin zamanında rəiyyət tamamilə əmin-amanlıqda, rahatlıq və asudəlikdə idi. Əgər rəiyyətdən şahın hökmündən bir dinar artıq vergi alınsaydı, o şəxs 50 tümən cərimə olunurdu. [1]
- Qazi Əhməd Qumi, Azərbaycan tarixçisi.
Mənbə[redaktə]
- Azərbaycan tarixindən yüz şəxsiyyət. Bakı, 2006.
İstinadlar[redaktə]
- ↑ Şükufə Məmmədova. "Xülasət ət-təvarix" Azərbaycan tarixinin mənbəyi kimi" Bakı,1991