Jan-Lük Qodar

Vikisitat saytından
Jean-Luc Godard (1968)

Jan Lyuk Qodar — fransız rejissor.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


F[redaktə]

  • Filmin çəkilişi montajdan başlayır. Bunu mən yalnız sonralar dərk etdim. Stolun üstündə qəhvə fincanı, stəkan və qaşıq var. Bunlar əhvalat yarada bilməz. Yalnız onları hərəkətə gəitirləndə, bir-birilə hər baxımdan əlaqə yaradanda dramaturgiya əmələ gəlir.

İ[redaktə]

  • İnsanlar o qədər əşya düşünüb ki, indi onlara nəzarəti itiriblər. Məsələn, bu külqabıya baxın, o yaxşı qalıb. Amma onun minlərlə modelini düzəltmək niyə lazımdır?

K[redaktə]

  • Kinoteatr-kinonun aksessuar olduğu popkorn məbədidir.

M[redaktə]

  • Mənim heç zaman ssenarim olmayıb. Yalnız film hazır olanda, ssenirini təsəvvür edə bilirəm.
  • Mənim mobil telefonum yoxdur. İnsanlar telefonlarının düymələrinə və ya görüntülərinə hakim olduqlarına inanırlar. Amma əslində o düymələr bizə hakimdir. Bəzən texnika mənə çox ədəbsiz görünür. Əgər dərhal kiminsə səsini eşidə bilirəmsə bu, düz deyil. Mənə ədəbsiz görünən odur ki, kiminləsə ünsiyyətdə olmaq üçün heç bir zəhmət tələb olunmur.

T[redaktə]

  • Təbii ki pul ictimai rifah deyil. Amma onsuz mümkün deyil. O, hamı üçün mübadilə vasitəsidir. Mənim problemim ondan ibarətdir ki, həmişə çəkdiyim filmlərdən əldə etdiyim pulun hesabına yaşayıram. Buna görə də həmişə film çəkməyə məcburam.

İstinadlar[redaktə]