Məzmuna keç

Jerar de Nerval

Jerar de Nerval
Doğum tarixi22 may 1808
Doğum yeriKeçmiş VII arondisman, Paris
Vəfat tarixi26 yanvar 1855
Vəfat yeriKeçmiş VII arondisman, Paris
Dəfn yeriPer-Laşez qəbiristanlığı
Vikipediya məqaləsi

Jerar de Nerval (22 may 1808, Paris, Fransa — 26 yanvar 1855, Paris, Fransa) — Romantizm hərakatının ən güclü nümayəndələrindən biri. Fransız yazıçı, şair, dramaturq, tərcüməçi, ədəbiyyat tənqidçisi, jurnalist


A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

  • Bu həyat bərbad bir daxma və pis yerdir; Allah məni burada gördüyünə görə utanıram.
  • Dünyada heç nə laqeyd deyil, heç bir şey aciz deyil; bir atom hər şeyi məhv edə bilər, bir atom hər şeyi xilas edə bilər.
  • Düşünürəm ki, insan təxəyyülü bu dünyada və ya başqa aləmlərdə gerçək olmayan bir şey icad etməmişdir.
  • Gələcək əlləri boş, bizə hər şeyi vəd edən və təklif edəcək heç bir şeyi olmayan bir xəyaldır.
  • Hər qadını sevə bilərsiniz, amma tanrı olan qadınlar da var.
  • Xəyal ikinci həyatımızdır.
  • Xoşbəxtlik məni kədərləndirir, çünki o məni həmişə xoşbəxtliyi yaxından izləyən bədbəxtlik barədə düşünməyə məcbur edir.
  • İstənilən qadını sevə bilərsən, amma tanrı olanlar da var.
  • Səbir qədim dünya müdriklərinin fəzilətlərinin ən gözəli idi.
  • Səs ruhun çölə açılan pəncərəsidir.

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]