Məzmuna keç

Kömək:Mündəricat

Vikisitat atalar məsəlləri, aforizmlər, şüarlar saxlanan kataloqdur.

Mənbəyi göstərilmiş sitatları müəllifin icazəsi olmadan istifadə etmək mümkündür. Layihə 2003-cü ilin iyul ayında yaradılmışdır.

Lazım olan məqaləni necə tapmalı

[redaktə]

Vikisitatın bütün səhifələri Ünvana malikdirlər (http://az.wikiquote.org/wiki/başlıq), az – dilin kodunu (yəni, Azərbaycan dilli Vikisitatın ünvanıdır), Başlıq isə məqalənin adını göstərir. Hər hansı məqaləni tapmaq üçün axtarış sahəsində məqalənin adı yazılır və Axtar düyməsi basılır. Məzmuna uyğun olaraq kateqoriyalardan istifadə etməklə lazım olan mövzunu tapmaq mümkündür.

Redaktə necə aparılır

[redaktə]

Tarixçə bölməsini açmaqla müəllifin adını və məqalənin yaranma, eləcə də redaktə tarixçəsini görmək olar. Bu informasiyalar həmişəlik Vikisitatın serverində saxlanılır və onu dəyişdirmək mümkün deyil. Redaktə düyməsindən istifadə etməklə istənilən məqalədə redaktələr aparıb onu zənginləşdirə bilərsiniz.