Koroğlu (dastan)
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ala qarğa bülbül olsa,
Gülün qədrini nə bilər! - Atılan ox geri dönməz,
Qoç Koroğlu, qoç Koroğlu.
Qarı düşmən qardaş olmaz,
Qoç Koroğlu, qoç Koroğlu.
B
[redaktə]- Binadan gözəl olmayan,
Telin qədrin nə bilir?
Çöldə gəzən boz sərçələr,
Gülün qədrin nə bilir?
Ç
[redaktə]- Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu.
G
[redaktə]- Geydiyim iyid kürküdü,
Dünya Süleyman mülküdü,
Dövlət ki var, əl çirkidi,
Şad ol, könül, nə məlulsan?
İ
[redaktə]- İgid dil açmaz, əl açar.
- İyid gərək qürbət eldə yaslana,
Çətin Misri qılınc qında paslana,
Min tülkü neyləyər bir ac aslana?
Ölər əcəm oğlu, getməz bu yerdən! - İgid gərək yar sevməyə,
Özü tək gedə, tək gedə
K
[redaktə]- Kəl qoşub kotan əkməyən,
Nanın süfrəyə tökməyən.
Arının qəhrin çəkməyən,
Balın qədrin nə bilir? - Koroğlunun atı olsa,
Dəmir-polad qatı olsa,
Bir iyidin zatı olsa,
Pullu da olur, pulsuz da olur. - Koroğluyam, haşa çəkmərəm mərddən,
Müxənnət iş əysiy olmaz, namərddən.
Bir keçi canını qurtarsa, qurddan,
Baxar buynuzuna, kərkədan olar.
Q
[redaktə]- Qəmli könül dəmə gəlməz,
Dərdi olan ağlar, gülməz,
Qorxaqlar ər qədrin bilməz,
Ağlama, Nigar, ağlama! - Qoç quzudan quzu törər, qoç olar.
M
[redaktə]- Min tülkü neyləyər bir ac aslana?
S
[redaktə]- Sarı qayalarda heç yurd olmaz,
Müxənnətə söz dərd olmaz,
Çaqqal əniyi qurd olmaz,
Yenə qurd oğlu qurd olu. - Səbirsizlik adama həmişə ziyan verər.
V
[redaktə]- Varın olsa gəlib yeyib, içərlər.
Yoxsul olsan qohum-qardaş yad olu.