Məmməd Araz
Məmməd Araz | ||||
Doğum tarixi | 14 oktyabr 1933 | |||
Doğum yeri | Nursu | |||
Vəfat tarixi | 1 dekabr 2004 | |||
Vəfat yeri | Bakı | |||
Dəfn yeri | Fəxri Xiyaban | |||
|
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən[1] AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azərbaycan — mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
B
[redaktə]- Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
- Bu gün gərək hər anımız "Vətən!" — desin,
Qılıncımız, qalxanımız "Vətən!" — desin…
Ölənlərin əvəzinə, qalanımız "Vətən!"- desin!..
Ç
[redaktə]- Çox xırdalar bərk ayaqda qeybə çəkilir;
Böyük dərdlə vuruşana böyük deyildi.
G
[redaktə]- Gərəksiz adətlər, sədlərlə dolu,
Bir insan ömrünə sığa bilmirəm,
K
[redaktə]- Kainat deyimmi mən şerə, sözə!--
Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.
M
[redaktə]- Məzar üstə çoxu ağlar görk üçün;
Ağlayırsan – sağlığımda ağla sən.
S
[redaktə]- Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi…
- Soruşdum birindən: – Şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm!
Cavabı asanca qopdu dilindən:
– Hələ ölməmisən deyə bilmərəm…
V
[redaktə]- Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı. - Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Məmməd Araz haqqında sitatlar
[redaktə]- Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yardıcılığının nə qədər böyük əhəmiyyəti var.
- Heydər Əliyev, ümummilli lider.
- Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur.
- Heydər Əliyev, ümummilli lider.
- Məmməd Arazın mövzuları bir çərçivəyə məhdudlaşıb qalmayıb… Onun bir sıra lirik parçaları-təbiət gözəlliklərinə könüldən vurğun bir rəssam kimi çəkdiyi mənzərələr, lövhələr yadda qalır, oxucunu düşündürür, dəfələrlə görmüş olduğu dağları, dərələri, çəmənləri, bulaqları, könül oxşayan mənzərələri yeni "gözlə" görməyə, yeni çalarla duymağa yön verir, dönə-dönə baxdığımız, lakin görmədiyimiz rəngləri, biçimləri qarşımızda canlandırır.
- Rəsul Rza, şair
- Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklor, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır.
- Bəkir Nəbiyev, professor
- Məmməd Arazın şeirlərində dərin bir xəlqilik var. O, həyatı çox gözəl müşahidə edirdi. Dərk elədiklərini poemalarında yaxşı qələmə ala bilib, yeni bir pafosla yeni bir üslubla millətə, xalqa çatdırıb.
- Budaq Budaqov, akademik
- Məmməd fikir adamıdır. Bu, adi səyyari fikir deyil, canlı, yaradıcı, fəal fikirdir. Məmməd Arazın şeirlərinin əsasında hər cür abstraktlıqdan uzaq olan konkret fikir, hiss dayanır.
- Famil Mehdi, şair, professor
- Məmməd Araz poeziyasını, onun fəlsəfəsini, hər sətrində hikmət gizlənən sözləri duymaq, onu açmaq şairin aurasına daxil olmaq deməkdir.
- Kirman Abdin, rəssam