Məzmuna keç

Mixail Şoloxov

Mixail Aleksandroviç Şoloxov ( rus. Михаи́л Алекса́ндрович Шо́лохов ) - ( 24 may 1905 - 21 fevral 1984 ) — Sovet/Rus yazıçısı və 1965-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəşər düşüncəsinin və təcrübəsinin saysız xəzinələri min illər ərzində toplanaraq sözdə əbədi yaşayır.
  • Bir sənət əsərini qiymətləndirmək üçün ilk növbədə onun həqiqiliyinə və inandırıcılığına diqqət yetirməliyik.
  • Çətin vaxtda ağlamaq may ayının quraqlıq mövsümündə yağan yağış kimidir.
  • Dişlənmiş sümüyə it də toxunmaz.
  • Əgər Vətən sevgisi ürəyimizdə qalıbsa və bu ürəklər döyündükcə də qalacaqsa, biz həmişə süngülərimizin ucunda düşmən nifrətini daşıyırıq.
  • Həqiqət nə qədər açı olsa da, yazıçı onu oxucuya açıq deməyi bacarmallıdır.
  • Həyat gah onunla oynayır, gah da boğulmuş adamın boynuna daş kimi asılırdı.
  • Həyatda həmişə insanları öz yazılmamış qanunları ilə idarə edin.
  • İncəsənət insanların müdrikliyinə və qəlbinə təsir etmək üçün güclü qüvvəyə malikdir. Və yalnız bu gücdən istifadə edərək insanların ruhunda gözəllik yaradan, bəşəriyyətə xeyir verənlərin sənətkar adlandırılmağa haqqı var.
  • İnsan düşüncəsinin və təcrübəsinin saysız-hesabsız xəzinələri minilliklər boyu toplanır və sözdə əbədi yaşayır.
  • İnsanlar gələcəyə inamlarında və bu gələcəyi qurmaq üçün öz güclərində möhkəm olmalıdırlar.
  • Kitabı ürəkdən sevin! O, nəinki sizin yaxşı dostunuz, həm də sadiq yoldaşınızdır. [1]
  • Uşaqlıqdan anam mənə Ukrayna xalqını, Ukrayna sənətini, Ukrayna mahnısını - dünyanın ən şirin mahnılarından birini sevməyi öyrətdi.
  • Vicdanı qara olan bu quldurlar unudulmaz iyirminci illərdə Cinayət Məcəlləsinin ciddi şəkildə müəyyən edilmiş maddələrinə əsaslanaraq deyil, “inqilabçı hüquqi şüuru rəhbər tutaraq” mühakimə etdikləri zaman yaxalansaydılar, ah, bu canavarlar yanlış tədbir görərdilər!

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.25