Məzmuna keç

Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyli
Doğum tarixi 5 iyul 1881
Doğum yeri Gəncə
Vəfat tarixi 31 may 1920
Vəfat yeri Kürdəmir
Vikipediya məqaləsi

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli (5 iyul 1881, Gəncə, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – 31 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi.[1]

Nəsib bəy Yusifbəyli haqqında sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə və başvəkalətdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də "Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi" namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlar. Azərbaycan idesini (ideyasını) siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir.[2]Məhəmməd Əmin Rəsulzadə
  • O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni "Difai" firqəsi deyə adlandırmağa qərar verirlər.[3]
    • Nağı bəy Şeyxzamanlı- AXC-nin Əksinqilab ilə mübarizə təşkilatının rəisi

İstinadlar

[redaktə]
  1. Milli tərəqqi yolunun cığırdaşı — Nəsib bəy Yusifbəyli; Paylaşılıb: 12.05.2018; Arxivlənib: 13.12.2019
  2. [1]Nəsib bəy Yusifbəyli- Həyatı haqqında bütün məlumatlar.
  3. [2] Qəbri tapılmayan baş nazirin müəmmalı qətli — ARAŞDIRMA