Pənahəli xan
Görünüş
Pənahəli xan və ya Pənahəli xan Cavanşir — Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə.
Pənahəli xan haqqında sitatlar
[redaktə]P
[redaktə]- Pənаh хаn Şirаzdа vəfаt еtdi, nəşi də Qаrаbаğа göndərildi. [Xalq arasında] Dеyirlər ki, Pənаh хаn cəsаrətli, sаdə, хоşrəftаr tədbirli bir əmir оlmuşdur. — Аbbаsqulu аğа Bаkıхаnоv "Gülüstаni-İrəm" əsərində Pənahəli xanın ölümü haqqında yazır.
- Pənahəli xan indiyə kimi sikkəsiz qızıl idi, biz də gəlib sikkə vurduq və geri qayıtdıq.[1] — Hacı Çələbi xan
S
[redaktə]- Sonra, palçıqları kin və həsəd suyu ilə yoğrulmuş olan Cavanşir və Otuziki əhalisinin ürəklərində ədalət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar bu xanlığın yox olması uğrunda son dərəcə səy göstərirdilər. Onlar xəmsə məlikliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər. Əbədi ixtiyar sahibi Hacı Çələbiyə ərizələr yazmışdılar. Ona bildirdilər ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir qədər təxir edilsə, sonra onun qarşısını almaq mümkün olmayacaqdır".[2]Mirzə Adıgözəl bəy
İstinadlar
[redaktə]- ↑ Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv (2008). Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". pp. səh.66-67. https://docviewer.yandex.az/view/0/?*=Sekdwbh2J%2BMXRhyRsVfB%2BPK%2FOpl7InVybCI6InlhLWRpc2stcHVibGljOi8vNmdnU1VKWVZuL0w4Uys0YjR3MStJNFJvRW9ld1NuSXdOcG8wN25heDJHdz0iLCJ0aXRsZSI6IsaPbXJhaG92IE0uIMSwLiwgw4dpbmdpem%2FEn2x1IMaPLiwgSMmZc8mZbm92IEguIMSwLiBRYXJhYmHEnyB4YW5sxLHEn8SxLiBEyZlycyB2yZlzYWl0aSAoMjAwOCkucGRmIiwidWlkIjoiMCIsInl1IjoiOTU3ODExNDg2MTUwMzA2NTg2OCIsIm5vaWZyYW1lIjpmYWxzZSwidHMiOjE1MTgzODI4MzA1ODB9.
- ↑ Ənvər Çingizoğlu, Mais Əmrahov, Habil Həsənov. Qarabağ xanlığı. Bakı, "Mütərcim", 2008.