Məzmuna keç

Paul İohann Lüdvik fon Heyse

Paul İohann Lüdvik fon Heyse
Doğum tarixi 15 mart 1830
Doğum yeri Berlin
Vəfat tarixi 2 aprel 1914
Vəfat yeri Münxen
Dəfn yeri Munich Waldfriedhof
Vikipediya məqaləsi

Paul İohann Lüdvik fon Heyse — 1830-1914) Alman yazıçısı, şairi və dramaturqu, altı roman, bir neçə şeir toplusu, 60-dan çox pyes və 120-yə yaxın qısa hekayənin müəllifi. 1910-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıq Allahın bir hədiyyəsidir.
  • Ananın qəlbində sərtlik və mehribanlıq heyrətamiz şəkildə iç-içədir.
  • Bağlı mələkdənsə azad şeytan yaxşıdır.
  • Cəmiyyətin ən böyük arzusu ədalətin bərabər şəkildə bölünməsiidir.[1]
  • Ən yaxşı həkim emosiyalarını maksimum dərəcədə cilovlaya bilən və bəzi geri dönməz şeylərə görə peşmanlıqların gələcək vəzifələri yerinə yetirmək əzmini əngəlləməsinə imkan verməyən həkimdir.
  • Həqiqi olana hörmət et, pis olanı müdafiə et, çətin olanı məşq et, gözəl olanı sev!
  • İnsanlar tamamilə çarəsiz fikirləri çaşdırıcı sözlərlə əhatə etməyi xoşlayırlar.
  • İstədiyimiz hər şeyi etmək bacarığı iradə azadlığı deyil, azadlıq deyil, həqiqi azadlığın təhqiramiz sui-istifadəsidir.
  • Sevginin unudula biləcəyini, sədaqətin tapdana biləcəyini düşünən hər kəs cəhənnəmə getməlidir.
  • Üzü işığa doğru yönəlmiş insan neçə yaşında olursa-olsun gəncdir.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.2134