Periandr

Korinfli Periandr (e.ə. VII əsr, Korinf – e.ə. 583, Korinf) — yunan filisofu, Yunanıstanın yeddi müdrikindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ayrılıqda yaşamağı və təklikdə düşünməyi öyrənin.
- Azadlıq nədir? - Təmiz vicdan.
Ç[redaktə]
- Çox tələsmək təhlükəlidir.
D[redaktə]
- Demokratiya istibdaddan yaxşıdır.
- Dostlara və bədbəxtlikdə dəyişməz olun. [1]
- Düşməninizdən danışanda bir gün onun dostu ola biləcəyinizi unutmayın.
Ə[redaktə]
- Əgər sən pis iş üçün söz vermisənsə, öz vədinə əməl etməyə bilərsən və bu sənin şərəfinə əsla ləkə gətirməz.
- Ən kiçik şeydəki ən böyük şey - insan bədənindəki nəcib bir ürək.
K[redaktə]
- Kim sakit idarə etmək istəyirsə, özünü nizə ilə deyil, ümumi sevgi ilə qorusun.
Q[redaktə]
- Qəzəbini boğ. [2]
Ö[redaktə]
- Özünüzü valideynlərinizə layiq göstərin.
P[redaktə]
- Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir.
S[redaktə]
- Səhv edirsinizsə, düzəldin.
- Sirləri bölüşməyin.
Ş[redaktə]
- Şəhvətlər keçicidir, fəzilətlər ölməzdir.
V[redaktə]
- Vətən uğrunda ölməyə hazır ol.
Y[redaktə]
- Yalnız günah işləyənləri cəzalandırmayın, həm də günah işlətmək istəyənlərin qarşısını almağa çalışın.
Z[redaktə]
- Zamana inanmayın.