Məzmuna keç

Ovidi

(Publi Ovidi Nazon səhifəsindən istiqamətləndirilmişdir)
Ovidi
Doğum tarixi 20 mart e.ə. 43
Doğum yeri Sulmona
Vəfat tarixi b.e. 17
Vəfat yeri Tomis
Vikipediya məqaləsi

Publi Nazon Ovidi (e.ə. 43 — b.e.17-ci il) — Qədim Roma şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam aldatmağın ən sadə üsulu özünü dost kimi qələmə verməkdir.
  • Ağıllıca bir evlilik etmək istəyirsənsə öz tayınla evlən.[1]
  • Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır.
  • Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq.
  • Cəza bağışlana bilər, lakin günüh insanın içində sonsuza qədər yaşayar.
  • Damla daşı gücü ilə deyil, tez-tez damcılamaqla deşir.
  • Düşməndən də öyrənməyə icazə verilir.
  • Əsas məsələ yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır.
  • Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz.
  • Hər şey dəyişər, heç bir şey yox olmaz.
  • Kainatda hər şey dəyişkəndir.
  • Kitab ağlın dərmanıdır.
  • Qısqanclıq ən davamlı və güclü sevgiyə ölümcül zərbə vurur.
  • Lazım olmayan söhbətləri danışmaqdansa susmaq məsləhətdir.
  • Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir, çünki gözəllik özü də əbədi deyildir.
  • Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir.
  • Mən kasıbların şairiyəm, çünki sevəndə kasıb idim; hədiyyə verə bilmədiyim üçün söz verdim.
  • Nə qədər ki, xoşbəxtsən, dostların çoxdur; zaman qaranlıq olanda tək qalırsan.[2]
  • Öyrənmək gözəl şeydir, bir düşməndən belə olsa.
  • Səy əməyi yüngülləşdirir.
  • Təmiz vicdan nə yalandan, nə şayiələrdən, nə də dedi-qodulardan qorxar.
  • Vərdişdən daha böyük bir şey yoxdur.
  • Ya heç nə etməyin, ya da axıracan gedin.
  • Yetişən zəkaları kitablarla bəsləməyən xalqlar məhvə məhkumdur.
  • Zəngin olduğu müddətcə barbarın özündən xoşu gəlir.

İstinadlar

[redaktə]
  1. Aforizmlər. Bakı, 2013. səh.52.
  2. [1] Цитаты и афоризмы.