Piter Abelard
Görünüş
(Pyer Abelar səhifəsindən yönləndirilmişdir)
Piter Abelard | |||
Doğum tarixi | 1079 | ||
Doğum yeri | Le Pallet | ||
Vəfat tarixi | 21 aprel 1142 | ||
Vəfat yeri | Şalon-sür-Son | ||
Dəfn yeri | Héloïse and Abélard's tomb | ||
|
Per Abelyar (1079–1142) — Fransız filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah insanları gördükləri ilə deyil, nəyi bacardıqları ilə ölçür; və əməldə deyil, bunu edənin niyyətində ləyaqət və ya şücaətdir. …Çünki hərəkət etməyimizi qadağan edən çox şey var, amma iradə və razılıq həmişə bizim ixtiyarımızdadır.
- Ayrılıq sevdanın türbəsidir.
D
[redaktə]- Davamlı və tez — tez sorğu-sual etmək müdrikliyin ilk açarıdır … Çünki şübhə ilə biz sorğu-sual etməyə sövq edirik və sorğu ilə həqiqəti dərk edirik.
- Dil ağıl tərəfindən yaradılmışdır və ağlı yaradır.
Ə
[redaktə]- Əslində biz deyirik ki, niyyət yaxşı, yəni öz-özlüyündə düzdür, amma əməlin özlüyündə heç bir xeyri yoxdur, ancaq yaxşı niyyətdən irəli gəlir. Nədən ki, eyni şey eyni adam tərəfindən müxtəlif vaxtlarda edilirsə, niyyətinin müxtəlifliyinə görə, onun hərəkəti indi yaxşı, indi pisdir.
- Əvvəl anlayın, sonra inanın.
G
[redaktə]- Güclü sevgi ilə qara şübhələr birgə yaşaya bilməz.
F
[redaktə]- Fəlsəfə inanılanın inanılmağa dəyər olub-olmadığını araşdırmaqdır.
İ
[redaktə]- İnsan bilməlidir ki, materiya və forma həmişə birlikdə eyni vaxtda mövcuddur , lakin ruhun səbəbi bəzən yalnız materialın özünü, bəzən yalnız formanı, bəzən də hər ikisini birlikdə nəzərdən keçirmək gücünə malikdir.
Q
[redaktə]- Qara şübhələr güclü sevgi ilə birlikdə ola bilməz.
M
[redaktə]- Məntiq dünyanı məndən uzaqlaşdırdı.
- Müdriklik üçün tək açar davamlı sual soruşmaqdır. Şübhə edərək bir araşdırmaya başlayırıq. Araşdırmaqla da doğruya çatırıq.
- Mühakimə elmi, Müqəddəs Yazılarda mövcud olan hər cür suallara nüfuz etmək və onları həll etmək üçün hər şeydən daha vacibdir. Dialektika və sofistika bir-birindən kifayət qədər fərqlidir, çünki birincisi sübutların doğruluğundan, ikincisi isə oxşarlığından ibarətdir; sofistika yalan sübutları öyrədir, dialektika isə onların yalanını üzə çıxarır, həqiqi sübutları ayırd edərək yalanı təkzib etməyi öyrədir.
S
[redaktə]- Sevgi gizlənə bilməyən ehtiraslardan biridir; ona xəyanət etmək üçün bir söz, bir diqqətsiz baxış və hətta bir dəqiqəlik sükut kifayətdir.
Ş
[redaktə]- Şeytan hər şeyin mahiyyətini mükəmməl bilir, həm zəkasının itiliyi, həm də uzun təcrübəsinə görə cin də adlandırılır, yəni bilən, O, təsiri altındakı insanın zəifliyindən istifadı edərək onu zövqə və bütün digər istəklərə ən asanlıqla təhrik edə bilir.
Y
[redaktə]- Yaxşı qadından daha yaxşı, pis qadından daha pis bir şey yoxdur.