Fəlsəfə

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

D[redaktə]

  • Dayaz fəlsəfə insan əqlini allahsızlığa sövq edir, dərin fəlsəfə isə insan əqlini dinə, Allaha doğru yönəldir. Frensis Bekon
  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. Əbu Turxan
  • Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk

F[redaktə]

  • Fəlsəfə, anlayışları yaratmaq sənətidir. Jil Delöz
  • Fəlsəfə, çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır. Nəcib Fazil Qısakürək
  • Fəlsəfə heyrətlə başlayar. Sokrat
  • Fəlsəfə ilə məşğul olmanın artıq gec və ya çox tez olmasını demək, xoşbəxt olmanın artıq gec və ya tezdir demək kimi bir şeydir. Epikür
  • Fəlsəfə inanılanı anlamağa çalışmaqdır. Anselmus
  • Fəlsəfə inanılanın inanılmağa dəyər olub-olmadığını araşdırmaqdır. Piter Abelard
  • Fəlsəfə, utanmazlığın müasir formasıdır. Alber Kamyu
  • Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır. Benedikt Spinoza
  • Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir. Georq Vilhelm Fridrix Hegel
  • Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki, onların qoyulma tərzi başqa cür olmalı idi. Georq Vilhelm Fridrix Hegel
  • Fəlsəfəyə ilk addım inancsızlıqdır. Deni Didro
  • Fəlsəfi mübahisələrdə uduzan qalibdir, çünki o, yeni bir müdriklik əldə etdi. Epikür

H[redaktə]

  • Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa. Çarlz Bukovski