Məzmuna keç

Qara Yusif

Wikipedia logo
Wikipedia logo
Qara Yusif haqqında Vikipediyada məqalə var.
Qara Yusif
Doğum tarixi 1355
Doğum yeri Ərciş, Van vilayəti, Türkiyə
Vəfat tarixi 17 noyabr 1420
Vəfat yeri Ucan
Dəfn yeri Ərciş
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz hər ikimiz türkmanıq (Ağqoyunlular və Qaraqoyunluları nəzərdə tutur). Bundan sonra birbirimizə qarşı vuruşmamalıyıq, bundan artıq bir-birimizi əzməməliyik. Bizlərdən hər birimiz düşmənlərimiz olan Rum (Osmanlı) və Cığataylarla (Teymurilər) vuruşmalıyıq. Sənin Şam (Məmlük ərazisi) və Ruma hücum etməyin, mənim də Cığatayların üstünə getməyim daha məqsədəuyğundur.[1]

Qara Yusif haqda sitatlar

[redaktə]
  • Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan Əhməd Elxaninin tərbiyəsi ilə iqtidar sahibi olub, ondan sonra da, əzəmətli bir padişah olmuşdu. Hicri 816-cı (=1414) ildə külli qoşunla Şahrux Teymur oğlu ilə müharibəyə getdi. Ucan adlı yerdə qəflətən vəfat etdi. - Abbasqulu ağa Bakıxanov[2]
  • Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar". - Həsən bəy Rumlu[3]

İstinadlar

[redaktə]
  1. Rahilə Şükürova. Əbu Bəkr Tehrarni və onun "Kitab-i Diyarbəkriyyə" əsəri. Bayrak Yayınları, İstanbul - 2006. s.29.
  2. Gülüstani-İrəm, Abbasqulu ağa Bakıxanov. “Möminin” nəşrləri, 2001.s.60
  3. Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.