Məzmuna keç

Horatsi

(Qorasi səhifəsindən yönləndirilmişdir)
Horatsi
Doğum tarixi 8 dekabr e.ə. 65
Doğum yeri Venosa
Vəfat tarixi 27 noyabr e.ə. 8
Vəfat yeri Roma
Dəfn yeri Roma
Vikipediya məqaləsi
Saturae, 1577

Kvint Flakk Horatsi (e.ə. 65 – 8) — Qədim Roma şairi, filosofu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıldan məhrum güc öz-özünə məhv olur.
  • Bəzi yazılmamış qanunlar yazılı qanunlardan güclüdür.
  • Bir cinayət o biri cinayətlərə yol açır. Buna görə cinayətə qarşı amansız olmaq lazımdır.
  • Böyük vədlər inamı azaldır.
  • Dərsini hazırlamağı sabaha saxlayan şagird yolda çaya rast gəlib onun axıb keçməsini gözləyən insana bənzəyir. Çay dayanmadan axır, o isə dayanıb gözləyir.
  • Dünya yerlə bir olsa, igidcə dözər yıxılmasına.
  • Düzgün yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır.
  • Fil dişi, mərmər, etrüsk heykəlcikləri, şəkilləri, gümüş əşyalar... Çoxu məhrumdur bunlardan və bəzləri heç axtarmaz bunları.
  • Heç nə hər bir nöqteyi-nəzərdən gözəl ola bilməz.
  • Həqiqət və namuslu həyat! Mənim fikirlərimin məqsədi budur.
  • Hər kəs eyni gecəni gözləyir.
  • Həyat zəhmətsiz və qayğısız heç nə vermir.
  • Həyatını nizama salmaqda gecikən, çayın suyunu daşıyanda onun kənarında gözləyən sadə adam kimidir.
  • Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur.
  • Hökmranlıq etməyi öyrənmək asan, idarə etmək çətindir.
  • Xəsis həmişə ehtiyac içində yaşayır.
  • İldırım dağların başında çatlayır.
  • İnsan sürüsünə nifrət edirəm və ondan uzaq gəzirəm.
  • İnsanlar üçün mümkün olmayan şey yoxdur. [1]
  • Könüllü köləlikdən rüsvayçı köləlik yoxdur.
  • Qanun güçlüdür, lakin məhrumiyyət və ehtiyac ondan da güclüdür. Hökmdar həmişə bunu nəzərə almalıdır.
  • Qarnınız, sinəniz, ayaqlarınızla hər şey qaydasındadırsa, heç bir kral xəzinəsi heç nə əlavə edə bilməz.
  • Qəzəb - qısa müddətli dəlilikdir.
  • Müharibə analar üçün ən dəhşətli lənətdir.
  • Nə üçün başqa günəş, başqa torpaq axtarırsan? Vətənindən qaçmaqla özündən qaçacağınımı sanırsan?
  • Öz həyatını qaydaya salmağa tələsməyən adam çayın kənarında dayanıb onun bütün syyunun axıb getməsini gözləyən sadəlövhə bənzəyir.
  • Pul ya bizim başımızın bəlası, ya da xidmətçimizdir.
  • Sağlam ikən qaçmırsansa, xəstə olanda qaçmalı olacaqsan.
  • Səhv etmə qorxusuyla cinayət törədirik.
  • Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edir.
  • Vətən uğrunda ölmək şərəfdir.
  • Vətən uğrunda ölüm qədər dadlı və şrəfli bir ölüm varmı?

İstinadlar

[redaktə]
  1. Xəzinə.Bakı,1997. səh.146