Sazış



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu gün də mən bunu bir daha dedim. Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Hər halda mən Prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt imza qoymaram. İlham Əliyev
    • 31 yanvar 2006, 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda nitqindən

B[redaktə]

  • Bir vaxtlar gələcəyə ümid bəsləyənlər indi gerçəkləşdi; İrlandiya və Şimali İrlandiyada insanların böyük əksəriyyətinin 1998-ci ilin Yaxşı Cümə günü imzalanmış sazişin lehinə səs vermədən və Şimali İrlandiyanın bugünkü həyəcanverici və ruhlandırıcı yerə çevrilməsindən təxminən düz 13 il keçir. II Elizabet

G[redaktə]

  • Güc heç bir hüquq yaratmır və insanlar yalnız qanuni hakimiyyətə itaət etməlidirlər. "Köləlik" və "hüquq" sözləri bir-birinə ziddir; onlar bir-birini qarşılıqlı surətdə istisna edirlər. Belə bir ifadə: “Mən səninlə, tamamilə sənin hesabına və tamamilə mənim xeyrimə saziş bağlayıram və bu sazişə mənə sərf edənə kimi riayət edəcəyəm və eyni zamanda sən də riayət edəcəksən”- insanın insana və ya xalqa münasibətindən asılı olmayaraq, hər zaman mənadan məhrum olacaq. Jan Jak Russo

İstinadlar[redaktə]