Məzmuna keç

Stol

Yemək stolu stullala birlikdə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Futbol – stress yox, həzz və sevinc oyunudur. Stress – bütün ömrünü bir stol arxasında keçirənlərə məxsusdur. Dieqo Armando Maradona
  • Köhnə, sanki dəniz dibindən çıxan, dalğalı vərəqləri olan bir qucaq köhnə kitablarım yadıma düşür. İsti yay günlərində otluqda oturub, dəqiqəbaşı o vaxt uzatdığım, gözümə düşən saçlarımı kənara edərək onları oxuduğumu da xatırlayıram. Səhər tezdən poeziya və fəlsəfə haqda mübahisə edən sinif yoldaşlarımın səsindən qara anbarın üstündəki balaca otağımda yuxudan ayılmağımı xatırlayıram; uzun qışları, mətbəxdəki buxarla və stol arxasında Kafka və Pikasso haqdakı qarışıq söhbətlərlə dolu səhər yeməklərini xatırlayıram. İşiquro Kazuo
  • Sənsiz həyatım gözləmə zalıdır. Neon lampalarının işığında, linoleum döşəməli xəstəxananın gözləmə zalından da pis nə ola bilər ki? Məni buna məruz qoymaq insanlığa sığarmı? Üstəlik bu zalda təkəm, əzab çəkən, qanayan yaraları məni sakitləşdirə biləcək başqa heç kim yoxdur. Nə stollarda başımı qatacaq şəkilli jurnallar, nə həsrətin sonu olacağına ümid bəxş edən, nömrəli talonlar verən avtomatlar var. Dəhşət qarnım ağrıyır, qulluq edənim də yoxdur. Aşiqliyin vəziyyəti də elə budur: qarında ağrı və yeganə dərman - sən. Frederik Beqbeder
  • Yaponlar tez kefləndikləri kimi, tez də ayılırlar. Deyəsən, onlar cilovu gah tamam buraxmaq, gah da yenidən dartmaq bacarığı ilə öz iradələrini möhkəmləndirirlər. Yaponların məclisinə düşən əcnəbi ilk anlar özünü çox ayıq hiss edir; ona elə gəlir ki, şərab yoldaşları indicə stolun altına yıxılacaq, lakin sonra o, özünü başqaları kimi dərhal ələ ala bilmir.
    • D.İnrayt, “Şeh aləmi”, London, 1954.

İstinadlar

[redaktə]