Tamil atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağlayırsan ağla, amma əkin ək.
- Atın ölməyi ikiqat zərərdir. (Yəni həm ölümünə, həm də basdırılmağına görə. Hindistanda ölmüş at hökmən basdırılmalıdır).
- Atlını at nəinki atmır, hətta qəbrini qazmağa da kömək edir.
B[redaktə]
- Başıyarım qabda su da şappıldayar, qab da yırğalanar, dolu qabda su sakit durar, qab da sanballı
- Bir evdə ki, haqq-hesabı kiçik oğul da bilə, oradan dava-dalaş əskik olmaz.
- Bir quruşluq saymazlıq - yüz minlik itkidir.
- Birdən - birə varlananda, qonşunun evi gözünə pəyə kimi görünər.
D[redaktə]
- Dağ keçisi bir addım geri çəkilirsə, deməli sonra uzağa atılacaq.
- Dərin də olsa, dayaz da olsa - şumla, tez-tez də olsa, az-az da olsa - ək
- Dəymiş meyvə budaqda durmaz.
- Döyüşdə adamın özünə yox, silahına baxarlar.
- Düşmən ancaq zəif olanda qəzəbi bildirmək olar.
- Düşmən zəif olanda qəzəb dönüb olur azğınlıq.
- Düyü bir ovuc da olsa, onu bişirmək üçün böyük ocaq çatmaq gərəkdir.
- Düz danışana hamı düşməndir.
Ə[redaktə]
- Əgər çalıbsa - əqrəbdir, çalmayıbsa - mığmığa.
- Əkinçi varlı olanda hökumət də varlı olur.
- Əvvəl ağıl ölür, sonra - insan
F[redaktə]
- Filin ölüsü də min sikkəyə dəyər.
G[redaktə]
- Gəmi gedir - buxta qalır, zaman gedir - söz qalır.
- Göy xəsis olanda, adamlar da xəsisləşər.
- Gözünlə gördüyün haqq deyl, qulağınla eşitdiyin haqq deyil, ancaq dərindən - dərinə öyrəndiyin haqdır.
- Günahkar məlum deyilsə, dili günahkar elə.
İ[redaktə]
- İynəçilər məhəlləsində iynə satmazlar.
K[redaktə]
- Kasıba buynuzsuz buğa da cumar.
Q[redaktə]
- Qarğadan sona olmaz, lap Qanqın sularına baş vursa da.
- Qonşusunun bir gözünün kor olması üçün razıdır ki, özü iki gözdən ola.
- Qurd göz yaşı axıdır ki, quzu yağış altda yuyulsun.
L[redaktə]
- Lap hiyləgərin də dediyi yalan, səkkiz günə aşkar olar.
- Lütlərin ölkəsində paltarları axmaq sayarlar.
M[redaktə]
- Min qarğanı qovlamağa bir daş bəs elər.
N[redaktə]
- Nə qədər ki, külək əsir, taxılı sovur.
O[redaktə]
- Oğruya inanmaq olar, idbara yox.
- Ovvay da eyibsiz deyil; ən yaxşı müəllim də nöqsansız olmur. (Ovvay - qədim tamil şairəsi, xeyirxahlıq nümunəsi sayılır.
Ö[redaktə]
- Özgənin hesabına xeyirxah olmaq asandır.
P[redaktə]
- Paltaryuyan öz kəndinin kasıblarını tanıyır, zərgər də qızıl taxanlarını.
S[redaktə]
- Suda - qayıq arabanı çəkir, quruda - araba qayığı.
T[redaktə]
- Taxıl bahasa - hər şey bahadır, taxıl ucuzsa - hər şey ucuzdur.
Y[redaktə]
- Yaxşı buğaya bir dam, yaxşı arvada bir söz bəs elər.
- Yanan evdən nə çıxartsan sənindir.
- Yeməmiş doqquz evə getmək olar, geyinməmiş - birinə də yox.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015