Məzmuna keç

Tofiq Qasımov

Tofiq Qasımov
Doğum tarixi 10 aprel 1938
Doğum yeri Ləki
Vəfat tarixi 25 yanvar 2020
Vəfat yeri Lütsern
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Tofiq Qasımov haqda sitatlar

[redaktə]
  • Tofiq Qasımov qəribə bir şəxsiyyət idi. Həddindən artıq tərs adam idi. Dediyindən əl çəkməzdi. Kommunistlərə nifrət edirdi, kommunist adı daşıyan qardaşı belə olsa, ona inanmazdı. Ən böyük bədbəxtliyi də elə bundan ibarət idi. Uzun müddət xarici işlər naziri işlədi, vəzifəsindən ayrılanda isə məlum oldu ki, nazirliyin yüzdən çox əməkdaşı ona etimad göstərmədi. - Hafiz Paşayev[1]
  • Tofiq Qasımov Azərbaycan milli hərəkatının liderlərindən biri idi. Ölkəsinin müstəqilliyinə ehtirasla inanırdı. Amma başqaları ilə işləmək qabiliyyəti zəif idi. Kommunist deyə hamıya şübhə ilə yanaşardı. Elə buna görə də, təkbaşma işləməyi üstün tuturdu. - Hafiz Paşayev[1]
  • Tərs olmaqla yanaşı, ehtiraslı bir adam idi. Mübahisə etdiyi həmsöhbətinin “dərsini verməkdən” çəkinməzdi. Kiminsə dərsini vermək Tofiqin hələ Akademiyada işlədiyi vaxtdan qalan xasiyyəti idi. Baxmazdı elmi mübahisədir, yoxsa stolüstü tennis oyunu və ya şahmat blitzi, hamının dərsini verməyə həmişə hazır idi. - Hafiz Paşayev[1]

İstinadlar

[redaktə]