Məzmuna keç

Vikisitat:Səsvermə

(Vikisitat:SV səhifəsindən istiqamətləndirilmişdir)
Qısayol:
VS:SV

Qayda səsvermə nəticəsində qəbul edilib.

  • Səsvermə müddəti: 3 aprel — 10 aprel 2021
  • Qüvvədədir: 11 aprel 2021-ci ildən

Səsvermə — bu səhifədə səsvermə qaydaları barədə məlumat ala bilərsiniz. İnzibatçıların seçilməsi və Vikisitat qaydalarının qəbulu üçün səsvermələr bu prinsip ilə tənzimlənir.

  • Arxivdəki səsvermələrə buradan baxa bilərsiniz.

İstifadəçilərin səsvermə hüquqları

  1. İstifadəçi başqa istifadəçinin yerinə səs verə bilməz.
  2. Bir neçə qeydiyyat adına malik olan istifadəçi yalnız bir adla səs verə bilər.
  3. Səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
  4. Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün o, səsvermənin başlandığı tarixdən ən azı 1 ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 50 redaktə etmiş olmalıdır.
  • Qeyd: İstifadəçinin öz səhifəsində və müzakirə səhifəsindəki redaktələri minimum redaktə sayına daxil deyil.

Səsvermənin nəticələrinin hesablanması

Səsvermə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki hal istisnadır:

  1. İnzibatçı seçkisində inzibatçı namizədinə qarşı səsverənlərin sayı ümumi səsverənlərin 1/3-ni keçdikdə istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa, səsvermə müddəti əvvəlki səsvermə müddətindən çox olmamaq şərti ilə bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə, uduzmuş hesab edilir.
  2. Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).

İnzibatçı seçimi üçün aparılan səsvermələrdə hər bir istifadəçi 3 dəfə namizədliyini irəli sürə bilər. İnzibatçı seçilmiş və sonradan üzrlü səbəblərdən bu statusdan çıxmış şəxslər həmçinin namizədliyini 3 dəfə verə bilər.

  • Qeyd: Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.

Səsvermə müddəti

Bütün səsvermələr 7 gün müddətinə keçirilir.

İnzibatçı namizədliyi barədə

İnzibatçılar sırasına daxil olmaq istəyən istifadəçi eyni zamanda aşağıdakı tələbləri ödəməlidir:

  • Azərbaycan dilindəki Vikisitatda qeydiyyat stajı 3 aydan az olmamalıdır.
  • Redaktələrinin sayı 500-dən az olmamalıdır.
  • Əvvəllər blok almış istifadəçilərin, aldıqları blokun müddətinin bitməsindən 6 ay sonra və alınmış blokun səbəblərini başa düşdüklərini və buna səbəb olmuş hərəkətlərə bir daha yol verməyəcəklərini bəyan etdikləri təqdirdə, inzibatçı seçilmək üçün namizədlikləri irəli sürülə bilər. Namizədlik irəli sürüldükdən və ya inzibatçı seçildikdən sonra yuxarıda göstərilmiş qayda pozularsa, bu bənddə göstərilmiş şərtin yerinə yetirilmədiyi hesab olunur və inzibatçı seçkisi etibarsız sayılaraq inzibatçının statusu alınır.

Mövcud səsvermələr

Həmçinin bax