Vikisitat:Təkliflər

Vikisitat saytından

Vikisitat təklif səhifəsi[redaktə]

Salam! Nəsillərin mənəvi sərvətinin toplanmasında və onun gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayan bu layihənin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürümü bildirirəm. Vikisitatda yerləşdirilən məlumatlarla tanış oldum, zəngin bir xəzinə yaradılmaqdadır. Əgər məqsədəuyğun hesab edilərsə, istifadəçilər üçün bəzi qaydaların müəyyənləşdirilməsini təklif edirəm. 1) Aforizm və dəyərli kəlam müəlliflərinin adı və soyadı ilə yanaşı, onun yaşadığı illər və yığcam şəkildə kimliyi barədə məlumat da yerləşdirilsin.(Məsələn; Bayron Corc Noel Qordo (1788-1824) - ingiliş şairi.) Fikrimcə, hər bir müəllif üçün tez-tez vikipediyaya müraciət etməyə ehtiyac yaranmamalıdır. Kim müəllif haqqında geniş məlumat almaq istərsə, xarici keçid vasitəsilə vikipediyada yerləşən məlumatlarla tanış ola bilər. 2)Vikisitatda yerləşdirilən məlumatlarda əlifba ardıcıllığı əsas götürülsün. 3.Zənnimcə, Vikisitatda aforizm müəllifinin şəklinin yerləşdirilməsinə ehtiyac yoxdur. Hörmətlə Rəşid Nurməmmədov.