Məzmuna keç

Vikisitat:Vikisitat nə deyil?

Qısayol:
VS:VND

Vikisitat:Vikisitat qısaca Vikisitatın nə olduğunu və onun məqsədlərini təsvir edir. Aşağıda isə Vikisitatın nə olmadığı müzakirə olunur.

Vikisitat ensiklopediya deyil

[redaktə]
Qısayol:
VS:ENSİKLOPEDİYADEYİL

Vikisitat Vikipediya ilə eyni deyil. Vikisitatda məqalənin mövzusunu müəyyən etmək və lazım gələrsə, onun niyə diqqətəlayiq olduğunu göstərmək üçün qısa girişdən istifadə olunur. Daha uzun ekspozisiyalar, ensiklopedik istinadlar və mövzu haqqında əlavə oxu təklifləri Vikisitata aid deyil və müvafiq Vikipediya məqaləsinə əlavə edilə bilər.

Vikisitat lüğət deyil

[redaktə]
Qısayol:
VS:LÜĞƏTDEYİL

Vikisitat onun qardaş layihəsi olan Vikilüğətə əlavə oluna bilən lüğət izahları üçün yer deyil. Buradakı sitatlar hər hansı bir təsadüfi söz deyil, Sevgi kimi müəyyən bir mövzu haqqında ola bilər.

Vikisitat dərslik deyil

[redaktə]
Qısayol:
VS:DƏRSLİKDEYİL

Vikisitat dərsliklərdə və təlimat kitabçalarında tapılan məlumatlar üçün toplu deyil. Bunun üçün Vikikitaba baxın.

Vikisitat ictimai mülkiyyətə aid sənədlər üçün yer deyil

[redaktə]
Qısayol:
VS:SƏNƏDLƏRÜÇÜNYERDEYİL

Vikisitat mənbə kodu, orijinal tarixi sənədlər, məktublar, qanunlar, bütöv kitab və ya bütöv şeirlər kimi ictimai mülkiyyətə aid sənədlərin toplusu deyil.

  • Tarixi dəyəri olan məşhur çıxışlar Vikimənbəyə əlavə oluna bilər.
  • İctimai müəlkiyyətə aid kitablar Vikimənbə və ya Vikikitaba əlavə edilə bilər.
  • Dərc edilmiş məlumatların ümumi depozitləri Vikimənbə üçün uyğun ola bilər.
  • İctimai mülkiyyətdə və ya azad lisenziya altında olan kitab PDF/DJVU-ları, şəkillər, səs faylları və digər media formaları Wikimedia Commons-da qəbul edilir.

Vikisitat şəxsi vebsayt deyil

[redaktə]
Qısayol:
VS:ŞƏXSİVEBSAYTDEYİL

Vikisitat Myspace və ya Facebook deyil. Qeydiyyatdan keçmiş hər bir istifadəçi Vikisitatda özü haqqında istifadəçi səhifəsi yarada bilsə də, onlar bu səhifədən Vikisitatla əlaqəli olmayan mövzuları, məsələn, rezyumelər, şəxsi fayllar və s. yerləşdirmək üçün istifadə etməməlidirlər. İstifadəçi səhifələri haqqında ətraflı məlumat üçün Vikisitat:İstifadəçi səhifəsinə baxın.

Vikisitat sizin şəxsi sitatlarınız üçün toplu deyil

[redaktə]
Qısayol:
VS:ŞƏXSİSİTATLAR

İstənilən istifadəçi özünün və ya dostlarının söylədiyi sitatları öz istifadəçi səhifəsində yerləşdirə bilər. Lakin siz öz sitatlarınız üçün əsas ad fəzasında öz səhifənizi yaratmamalı, mövcud məqalələrə öz şəxsi sitatlarınızı, yaxud dostlarınızın və tanışlarınızın sitatlarını əlavə etməməlisiniz.

Vikisitat internet kataloqu deyil

[redaktə]
Qısayol:
VS:KATALOQDEYİL

Məqalələr təsadüfi keçidlər üçün deyil, sitatlar toplusu üçündür. Siz yalnız sevimli saytlarınızı, təsadüfi telefon nömrələrini və digər əlaqəli olmayan məlumatları sıralamaq üçün səhifələr yaratmamalısınız.

Vikisitat müzakirə forumu deyil

[redaktə]
Qısayol:
VS:FORUM

İstifadəçilərə öz müzakirə səhifələrində bir-birlərinə mesaj göndərməyə icazə verilsə də, bu cür söhbətlər yalnız istifadəçilərin müzakirə səhifəsi ilə məhdudlaşmalıdır. Məqalələrin həmin məqalə ilə bağlı müzakirələr üçün ayrılmış müzakirə səhifələri bu cür söhbətlər üçün uyğun deyil.

Vikisitat bloq deyil

[redaktə]
Qısayol:
VS:BLOQDEYİL

Vikisitat müxtəlif bloqların jurnal qeydlərinin toplusu deyil. İstifadəçilər öz fikirlərini istifadəçi səhifələrində yerləşdirə bilsələr də, bu səhifədən yalnız bloqu saxlamaq məqsədilə istifadə etməməlidirlər.

Vikisitat müəllif hüquqları ilə qorunan əsərlərdən əhəmiyyətli sitatların yerləşdirilməsi üçün yer deyil

[redaktə]

Vikisitat mahnı sözləri və ya şeirlər üçün toplu deyil və hətta ədalətli istifadə müddəalarına uyğun olaraq belə müasir mahnı və ya şeirlərin bir neçə sətirdən artıq hissəsinin istifadə edilməsi müəllif hüquqlarını poza bilər. Eyni şey filmlərdən, televiziya şoularından və video oyunlardan olan dialoqlara da aiddir. İctimai mülkiyyətdə olan şeirlərin və ya mahnı sözlərinin istifadəsi üçün heç bir hüquqi maneə mövcud olmasa da, bütöv şeirlərin və ya hər hansı mahnının sözlərinin tam mətninin istifadəsi təşviq edilmir və Viksitatda əsasən şeir və ya mahnı sözləri daxilindəki əhəmiyyətli ifadələr seçilərək yerləşdirilir. Müəllif hüquqları ilə qorunan əsərlərin internetdə yerləşdirilməsi onları ictimai mülkiyyətə keçirmir.

Vikisitat reklamlar toplusu deyil

[redaktə]
Qısayol:
VS:REKLAM

Vikisitatda reklam şüarları üçün səhifə mövcud olsa da, Vikisitatda heç bir növ pulsuz reklama (spam) icazə verilmir. Kommersiya veb-saytlarına və ya şəxsi veb-saytlarına dəfələrlə keçidlər yerləşdirən istifadəçilərə xəbərdarlıq edildikdən sonra onlar bloklana bilərlər.

Vikisitat kristal kürə deyil

[redaktə]
Qısayol:
VS:KRİSTALKÜRƏ

Vikisitat öz sitatları üçün etibarlı mənbələrə istinad edərək dəqiqliyi təmin etməyə çalışır. Hələ nəşr olunmamış kitablar, filmlər, oyunlar və digər əsərlər yoxlamaq üçün əlçatan olmadığı üçün bu mənbələrdən olan sitat və məqalələr onlara əvvəlcədən baxış keçirməmiş etibarlı nəşr mövcud olmadığı halda qəbul edilmir. Əsər buraxıldıqdan sonra yazılması planlanaraq əvvəlcədən yaradılmış məqalələr isə xüsusilə uyğun deyil. Çünki belə səhifələr sitat axtaran oxuculara heç bir şey təqdim etmir və sitat məzmunu olmadığı üçün sürətli silinə bilərlər.

Digər layihələrdəki oxşar rəsmi prinsiplər

[redaktə]