Tur Xander: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2: | Sətir 2: | ||
* Aforizmlər fikir dünyasının suvenirləridir. |
* Aforizmlər fikir dünyasının suvenirləridir. |
||
* Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır. |
* Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır. |
||
* “Ağlabatan hər şey gerçəkdir” fikri – qadın düşüncəsini, “gerçək olan hər şey ağlabatandır” fikri – kişi düşüncəsini əks etdirir. |
|||
* Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir. |
* Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir. |
||
10:33, 30 yanvar 2016 tarixindəki versiya
A
- Aforizmlər fikir dünyasının suvenirləridir.
- Aforizm universal həqiqətlərin insan həyatına proyeksiyasıdır.
- “Ağlabatan hər şey gerçəkdir” fikri – qadın düşüncəsini, “gerçək olan hər şey ağlabatandır” fikri – kişi düşüncəsini əks etdirir.
- Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir.
B
- Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər.
- Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir.
- Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar.
- Bütün sosial orqanizmlərin canlı məxluqlar kimi özünü qoruma instinkti var.
C
- Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur.
D
- Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir.
- Dahiliyin imitasiyası üçün də istedad lazımdır.
- Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır.
- Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.
- Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
- Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun.
E
- Elm “alın yazısını” qəbul etmədi, amma “genetik proqram” adı altında onu özü kəşf etdi.
- Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir.
- Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər.
Ə
- Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı.
- Əgər hansı isə ölkədə dahilik də imitasiya oluna bilirsə, deməli, əsl dahilərə doğrudan da yer yoxdur.
- Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər.
- Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır.
F
- Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır.
G
- Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır.
H
- Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır.
- Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir.
- Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb.
- Həyat – ideyanın realizasiyasıdır.
İ
- İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır.
- İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir.
- «İndi» geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir.
- İnsan öz təməlindən ayrılmamalıdır, yoxsa zəmanənin müxtəlifliyində itib-batar.
K
- Keçmiş indinin virtual məkanıdır.
- Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir.
- Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir.
- Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər.
- Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.
- Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır.
Q
- Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir.
- Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır.
M
- Müxtəlif xalqlar eyni prosesləri müxtəlif zamanlarda yaşayırlar.
O
- Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir.
Ö
- Ömür genetik proqramın mühitdə açılışıdır.
T
- Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır.
- Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır.
- Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır.
- Tək-tək insanların şablonları aşıb keçməsi üçün təbiət özü də ara-sıra istisnalar etməlidir.
Ş
- Şöhrət qabağa keçəndə gerçək inkişafın qarşısını kəsir.
V
- Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur.
Y
- Yaşamaq – ruhani potensialın həyat enerjisinə çevrilməsidir.