İndoneziya atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26: | Sətir 26: | ||
* Bir dəfə aldadarsan - sonra heç vaxt inanmazlar. |
* Bir dəfə aldadarsan - sonra heç vaxt inanmazlar. |
||
* Bir dəfə ilan çalanı, kəndir də qorxudar. |
* Bir dəfə ilan çalanı, kəndir də qorxudar. |
||
* Birini döyürlər, hamı ağrı duyur. |
|||
* Bıçaq odda bərkiməyibsə, nə qədər itiləsən, bir o qədər kütləşəcək. |
* Bıçaq odda bərkiməyibsə, nə qədər itiləsən, bir o qədər kütləşəcək. |
||
* Borcu vermək olur, amma yaxşılığı ölənə kimi unutmaq olmur. |
* Borcu vermək olur, amma yaxşılığı ölənə kimi unutmaq olmur. |
18:30, 8 mart 2017 tarixindəki versiya
A
- Adətə əməl edərlər, nümunəni təqlid edərlər.
- Adəti ancaq ümumi razılıqla dəyişərlər.
- Axına qarşı üzürsən - bil mənbə haradadır; axınla üzürsən - bil mənsəb haradadır.
- Ağac güclü kötüyü ilə fırtınalar üstünə gülər.
- Ağacın ağırı da suda üzər.
- Ağacın böyüyü bürküdən də qoruyar, yağışdan da.
- Ağıl ürəyin yoluna işıq salar.
- Ağıllı ilə düşmənçilik etmək, axmaqla dostluq etməkdən yaxşıdır.
- Ağıllı kasıb varlıdan qiymətlidir.
- Ağzı su ilə doludur. (Susmağa məcbur edilmiş hakim haqqında)
- Ana südü ilə içiləni dəyişə bilməzsən.
- Arvad ölsə - taparsan, ağlın itsə - batarsan.
- Aşağıdakı yarpaq düşəndə qoy yuxarıdakı gülməsin, onun da növbəsi çatacaq.
- Ayrılmazlar - od ilə tüstü kimi.
B
- Balıq tutmaq istəyən gərək girsin suya.
- Balıq - üzgəçiylə, insan ağlıyla güclü olur.
- Balığın balacası həmişə böyüyünə yemdir.
- Banan ağacı iki dəfə bar gətirmir.
- Bədən yorulsa da, kaş, ürək sevinsin.
- Bərki kəsərlər, yumşağı əyərlər.
- Bəzən dişi də dillə tuturlar.
- Biabırçılığı qohumlar arsında bölmürlər; o bütün ailənin üzərinə düşür.
- Bir dəfə aldadarsan - sonra heç vaxt inanmazlar.
- Bir dəfə ilan çalanı, kəndir də qorxudar.
- Birini döyürlər, hamı ağrı duyur.
- Bıçaq odda bərkiməyibsə, nə qədər itiləsən, bir o qədər kütləşəcək.
- Borcu vermək olur, amma yaxşılığı ölənə kimi unutmaq olmur.
- Buynuzlu olmaq öküz üçün ayıb deyil.
- Buynuzsuz öküzlə də döyüşmək lazım deyil.
C
- Cahil özünün düşmənidir, başqaları ilə necə dost ola bilər?
- Cavan qalmaq istəyirsənsə - xəsis olma.
Ç
- Çirkin suyu axıdarlar, təmizi - saxlayarlar.
- Çox qalxan - yıxılar, çox uzanan - qırılar.
- Çömçəquyruq xırda yağışın altında da özünü xoşbəxt sayar.
D
- Dağlar yüksəkdir, insan ümidi ondan da yüksəkdir.
- Daş nə qədər yuxarı qalxsa, yenə də torpağa düşəcək.
- Dəniz olan yerdə quldur olar.
- Dənizin dərinliyini ölçmək olar, ürəyin dərinliyini - yox
- Dil qılıncdan itidir.
- Dil ucundakı şirin yalan, qarmaq ucundakı yem kimidir.
- Dil zəhərli bıçaqdan da xatalı ola bilər.
- Döyülmüş it sahibinin gözünə baxmaz.
- düyü sünbülü kimi sadədir, dolduqca aşağı əyilir.
E
- Elə dağ yoxdur ki, dırmanmaq mümkün olmasın; elə uçurum yoxdur ki, enmək olmasın.
Ə
- Əgər cibin boşsa, yaxın dostun da uzaq olacaq.
- Əgər yuxuda varlanıbsansa, pulqabı alma.
- Ərsiz qız, çiçək kimi kökü üstə quruyar.
- Əsi-nəcabəti nə sata bilərsən, nə də ala bilərsən.
- Ət pis olsa da yeyilir, sümük yaxşı olsa da atılır.
- Əyilməsən yük qaldıra bilməzsən.
F
- Fil qüdrətlidir, o da diz çökür.
- Filin gücü - ağırlığında, pələngin gücü - sıçramağındadır.
- Filin sümüyü nə qədər baha olsa da, sınanda o da qiymətini itirir.
G
- Göyərçini göyərçinlə tutarlar.
- Göz yaşını ud, kədərini göstərmə.
- Güllər açılan yerdə arı da çox olar.
H
- Harada çox çiçək açıbsa, orada arı da çox olacaq.
- Heyvanı qırmancla, insanı misalla öyrədərlər.
- Hətta daşı da yumşaltmaq olar.
- Hətta qarışqalar da dağa dırmanır.
- Hind bütü kimidir; zahiri parıldayır, batini boşdur.
- Hirsli adam tez qocalar.
X
- Xallı maralı lap qızıl zəncirlə də bağlasan, yenə çöllərə tərəf dartınacaq.
- Xərçəng öz eybəcərliyini görmür.
- Xırda balığın gəmirməyindənsə, qoy elə timsah udsun.
İ
- İlanı əzirsənsə, ölüncə əz.
- İnad ən uca dağa da üstüb gələr.
- İnsan dilindən iti nə bıçaq var, nə balta.
- İp nə qədər uzun olsa da, dil ondan uzundur.
- İstiot yeyənin ağzı yanar.
- İt ki, başladı hürməyə - daha qapmaz.
- İynə keçibsə, sap da keçər.
K
- Kampunq yanar - tüstüsü görünər, ürək yanar - heç nə görünməz. (Kampunq - kənd, qəsəbə)
- Kəmərində pulun olmasa, doğma qardaşın da sənə əminəvəsi kimi olar.
- Kim istəmirsə, ona heç min cəhdin də köməyi olmaz; kim istəyirsə, bir cəhd bəs elər.
- Kökü kəsərsən - ağac yanar.
- Kötüyü geyindirsən, o da gözəl görünər.
- Kül nə qədər isti də olsa soyuyur.
Q
- Qarışqalar şirnidən ölürlər.
- Qopan yarpaqlar uçub gedər, düşən meyvələr ağac dibində qalar.
- Qulluğa mükafat verərlər, zərbəyə - zərbə.
- Qurbağa nə qədər istəsə ki, dənizdə üzsün, yenə qisməti bataqlıqdır.
- Qurbağa nə qədər böyük ola, yeri gölməşədir, timsah da nə qədər kişik ola, yeri yenə çaydır.
- Qısqanmaq - inanmamaqdır.
L
- Lovğa xoruzun quyruğu peyin içində olar.
- Lovğalıq insanı məhv edər.
M
- Meşə xoruzunu qızıl qabda da yedizdirsən, yenə meşəyə uçacaq.
- Misi nə qədər qızıla tutsan, yenə qəlpliyi görünəcək.
- Müəllim durub yesə, şagirdləri gəzə-gəzə yeyərlər.
N
- Nə ilandır, nə balıq.
- Nə səpərsən, onu yığarsan.
- Nərildəyən pələng ovsuz qalar.
O
- O adamdan xahiş elə ki, imkanı var.
- Odun azı - dost, çoxu - düşməndir.
Ö
- Öküzü iplə, insanı sözlə bağlayarlar.
- Ölüm - bir cür, qəbirlər - cürbəcür.
- Ölümdən qorxmayan ölmür.
- Ördək kimi bir-birinin çinədanını dimdikləyirlər.
- Öz gücünə inanan daşı da şörəyə döndərər.
- Özgə evə gəldin - suyu ev sahibinin vedrəsiylə çək.
- Özgənin bədənini zorla götürmək olar, amma ürəyini yox.
P
- Paltar tikandan qoruyur, pul biyabırçılıqdan.
- Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır.
- Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.
- Pişik lap Məkkədə də olsa, miyoldamağını tərgitməyəcək.
S
- Soruşmasan yolu azarsan.
- Su çox olsa, daşı da oyar.
- Su sakitsə, elə bilmə ki, timsah yoxdur.
- Su suya qarışar, yağ - yağa.
- Suyu doğraya bilməzsən.
- Suyun yuxarı başı bulansa, aşağı başı da bulanar.
Ş
- Şəhadət barmağı nə qədər nazik olsa, yenə onunla göz silmək olar.
- Şirin dil - insan ürəyinə açardır.
- Şirin meyvədə qurdlar qaynaşar.
T
- Taxta bıçaq kimidir: kəsirsən - kəsmir, satırsan - almırlar.
- Taleyin gedişi mil kimidir: gah yuxarı, gah aşağı.
- Təbil guruldayır, amma bildirir ki, boşdur.
- Təhsilsiz gəlib, xəbərsiz gedirlər.
- Tərbiyədən o adam danışa bilər ki, özü tərbiyəli olsun.
- Tısbağa minini yumurtlayır - heç kəsin xəbəri olmur; toyuq birini yumurtlayır - aləmə səs düşür.
- Torpağı ayaqlayır, göyə sitayiş edirlər.
U
- Uzun buynuzlu kəl buynuzlamasa da, camaat deyəcək ki, buynuzladı.
Ü
- Ürək arzusuz solar.
- Ürək qan olanda heç qızıl döşək də kömək edə bilməz.
- Ürəklə gözə bel bağlasan - batdın.
- Üst-üstə yığılmış on ağacdan ən ağırı altda qalanıdır.
- Üzünə baxan adamın ürəyinə baxma.
- Üzünə baxıb xasiyyətini bilirsən.
V
- Varlanmaq istəyirsən - qənaətcil ol; şöhrətlənmək istəyirsən - səxavətli ol; cəsarətli olmaq istəyirsən - düşməndən qorxma.
- Varlıdan pul borc almaq çətin məsələdir.
Y
- Yaxşılıq toxumunu dənizə at, ada göyərəcək.
- Yaxşılığı həddində elə, pisliyi heç eləmə.
- Yalan, həqiqətdən xoş olar.
- Yara sağalsa da yeri qalar.
- Yarpağı külək apara bilər, amma şirəsi kökünə damcılar.
- Yatmış ilana dəymə.
- Yerini dəyişirsən - solur, çıxarırsan - yanır.
- Yıxılanın üstünə tökülərlər.
- Yıxılmaqdan qorxan hökmən yıxılacaq.
- Yolda ayağını qoru, söhbətdə dilini.
- Yolun axırında azdınsa, qayıt yolu təzədən başla.
- Yüksək dağ da hər gün ovulsa yıxılar.
- Yüngül işi qurtarmağa tələs, ağır işdə tələsmə.
Z
- Zahiri görkəmi dəyişmək olar, xasiyyət - qəbrəcəndir.
- Zibil içində yaşamaqdansa, gül içində ölmək yaxşıdır.
.