Əhməd bəy Ağaoğlu: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 27: | Sətir 27: | ||
== Mənbə == |
== Mənbə == |
||
{{Vikilər |
{{Vikilər |
||
| commons = Ahmet Ağaoğlu |
| commons = Category:Ahmet Ağaoğlu |
||
| wikispecies = |
| wikispecies = |
||
| wikt = |
| wikt = |
||
| w = Əhməd bəy Ağaoğlu |
| w = Əhməd bəy Ağaoğlu |
||
| b = |
| b = |
||
| s = Əhməd bəy Ağaoğlu |
| s = Müəllif:Əhməd bəy Ağaoğlu |
||
| n = |
| n = |
||
| m = |
| m = |
19:36, 22 mart 2019 tarixindəki versiya
Əhməd bəy Ağaoğlu | |||
Doğum tarixi | 1869 | ||
Doğum yeri | Şuşa | ||
Vəfat tarixi | 1939 | ||
Vəfat yeri | İstanbul | ||
Dəfn yeri | Feriköy məzarlığı | ||
|
Əhməd bəy Ağaoğlu (1869-1939) — ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq və yazıçı.
B
Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[1]
H
Həmrəylik vəzifədir. Bu vəzifəni icra etməyənlər ölkə vətəndaşlığını itirirlər. [2]
Q
Qınına girmiş bir insan ki, o qından başqa bir şey görməz, hiss edə bilməz, bütün narahatlıqları, düşüncələri o dar mühitin içində dolaşar.[3]
M
Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [4]