Şarl de Qoll: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 34: | Sətir 34: | ||
* Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm. |
* Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm. |
||
* Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox. |
* Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox. |
||
== N == |
|||
* Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır. |
|||
== R == |
== R == |
15:23, 30 oktyabr 2019 tarixindəki versiya
Şarl de Qoll (1890-1970) (fr. Charles André Joseph Marie de Gaulle) – fransız generalı və siyasətçisi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.
B
- Bir yığın jurnalistlə görüşmək ləzzət, az bir miqdarı ilə görüşmək kiçik bir xoşagəlməzlik, biri ilə görüşmək isə işgəncədir.
- Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.
Ç
- Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.
D
- Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
- Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.
F
- Fransa döyüşü uduzdu, amma müharibəni yox.
G
- Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
- Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.
H
- Hökumət təklif yox, sərəncam verməlidir.
İ
- İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
- İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.
Q
- Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.
M
- Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
- Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.
N
- Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır.
R
- Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.
S
- Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.
- Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.
- Siyasətdə ya öz ölkənə, ya da seçicilərinə xəyanət etmək lazım gəlir. Mən ikincini üstün tuturam.
- Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
- Susmaq- hakimiyyətin mütləq silahıdır.
Ş
- Sizin nöqteyi- nəzərlərinizi dinlədim. Onlar mənim nöqteyi nəzərimlə üst-üstə düşmür. Qərar yekdilliklə qəbul edilir.
- Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.
T
- Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
Ü
- Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.
Mənbə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014