Rus atalar sözləri: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 366: | Sətir 366: | ||
== Z == |
== Z == |
||
* Zarafat eləməyi də bacar, zarafata salmağı da. |
* Zarafat eləməyi də bacar, zarafata salmağı da. |
||
* Zərb-məsəl - çiçək, atalar sözü - meyvədir. |
|||
* Zorən əziz olmazsan. |
* Zorən əziz olmazsan. |
||
19:31, 29 yanvar 2017 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Axmaq adam özündən başqasını sevməz.
- Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə.
- Axmaq düzü damcı-damcı udar, yalanı - qaşıq-qaşıq.
- Axmaq sözlər yoxdur, axmaq fikirlər var.
- Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən.
- Axmağın şirin qiymətindən, ağıllının acı töhməti yaxşıdır.
- Ailə kifirsiz olmaz.
- Ailə yekdirsə, xəzinə nə lazım.
- Ağıl bir dağdır ki, oradan uzaqlar görünür.
- Ağıl saqqalda deyil, başdadır.
- Ağıllı deməz, dəli dərk eləməz.
- Ağıllı ilə itirmək, dəli ilə tapmaqdan yaxşıdır.
- Ağıllının söhbəti, ağılsızın höcəti.
- Alçağın həyasını itlər yeyib.
- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi.
- Allaha dua qılır, şeytanla oturub-durur.
- Ana o deyil ki - doğub, ana odur ki - böyüdüb
- Ancaq xərçənglər dal-dala gedərlər.
- Arifə - işarə, qanmaza - dürtmə.
- Arı uçur uzağa bir damcı üçün.
- Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar.
- Arvadı qulaqla da, gözlə də seç.
- At olsun, yüyən taparıq.
- At özgəsinin, boyunduruq özgəsinin, dayanma, hayla!
- Ata-ana qızı toya qədər qoruyur, ər - axıra qədər.
- Atalar sözü ilə həqiqətə məhkəmə yoxdur.
- Atı qırmancla da yedirtmək olar, ancaq əvvəl yulaf ver.
- Az bilərsən - daha asan yatarsan..
B
- Balaca iş böyük işsizlikdən yaxşıdır.
- Balacaları xortdanla, böyükləri - əziyyətlə qorxudurlar.
- Balıq balığı yeyib tox olar.
- Balıq dərin yer gəzər, insan - yaxşı yer.
- Balıq yemək üçün suya girmək gərək.
- Balığı dənizlə qorxutma.
- Barmağın hansını kəssən ağrıyar.
- Barmağını ver, əlini dişləsin.
- Baş düşünməsəydi ayaq getməzdi.
- Başıaşağı olmaq qızların yaraşığıdır.
- Başını sərin, mədəni yüngül, ayağını isti saxla.
- Başlaya bildin, qurtara da bil.
- Bekar olanda gecə gec düşər.
- Beyin fikirləşəndə dil istirahət edər.
- Bədənə öz köynəyindən yaxını yoxdur.
- Bəxtli adamın xoruzu da yumurtlar.
- Bəla əzab da verir, bəla - öyrədir də.
- Bəla ki gəlir, ağıl ağıl dalınca gəlir.
- Bilik xəzinədən irəlidir.
- Bilik xoş gündə bəzəkdir - yaman gündə təskinlik.
- Biliyin kökü acıdır, meyvəsi - şirin.
- Bir ağıllı baş yüz başı saxlar.
- Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur.
- Bir gün tez əkərsən - bir həftə tez biçərsən.
- Bir köhnə dost, iki təzə dostdan irəlidir.
- Bir qaranquşla bahar olmaz.
- Bir qaşıq qətran bir çəllək balı korlar.
- Bir yerdə qalsa daş da mamır bitirər.
- Birinin acından gözü tutular, birinin qızıldan.
- Bizim də küçədə bayram olar.
- Bıçaqdan yox, dildən qorx.
- Bu dərdi çörəklə yemək olar.
- Buğanın nə yunu var, nə südü.
C
- Camaat belləyir, bu da əlini yelləyir.
- Canavar köpəkdən qorxmaz, amma hürməyini də xoşlamaz.
- Cibi qalın - ağlı yalın.
Ç
- Çağrılmamış qonağa yer olmaz.
- Çay nə qədər dərin olsa, o qədər sakit axar.
- Çaydan su içənlər əyilsin gərək.
- Çox bilərsən - tez qocalarsan.
- Çörək və su - kəndçinin ruzisi.
- Çörəyə - çəki, sözə - inam, pula - hesab.
D
- Danışmağı da, susmağı da bacar.
- Daşda qığılcım gizlənir, insanda - ağıl.
- Dardan asılmışın evində kəndirdən danışmazlar.
- Deyilmiş söz gümüşdür, deyilməmiş - qızıl.
- Dələyə qozu, dişsiz qalanda verdilər.
- Dəli baş ayağa dinclik verməz.
- Dəliyə qanun yazılmayıb.
- Dəmiri istiykən döy.
- Dərdə göz yaşı kömək etməz.
- Dərdin var - dərd eləmə, işin var - gör.
- Dil balacadır, dağları oynadır.
- Dil ülgüc kimidir.
- Dil üyüdür, başın xəbəri yox.
- Dilbir sürüyə qurd da qorxulu deyil.
- Dilə güc vermə.
- Dilini dişinlə tut.
- Doğruluq özündə yoxsa, özgədə axtarma.
- Doğul, xaç suyuna çəkil, evlən, öl - hamısında da keşişə pul ver.
- Donuzu oturt mizin arxasında - qoysun ayağını mizin üstünə.
- Dost əlindən su içdim - baldan şirin idi.
- Dostlar olan yerdə bəla elə də qorxulu deyil.
- Dostlar yaman gündə tanınar.
- Dostluq dostluq yerində, qulluq qulluq yerində.
- Dostluq ki var şüşədir - sındırarsan yamanmaz.
- Dövlətlidən istəmə, səxavətlidən istə.
- Duz-çörək borcdur.
- Dünən aldadana sabah da inanmazlar.
- Dünya həqiqət üstündə durur.
- Dünya yaxşılardan xali deyil.
- Düz adam həqiqətdən qorxmaz.
E
- Ehtiyac hamını öyrədir.
- Ehtiyatlı olanın səadəti olar.
- Elm uca olan yerdə, insan da uca olar.
- Evi arvadın gözəli saxlamır, ağıllısı saxlayır.
Ə
- "Əgər"in üstünə qoysaq "əgər", başımız göylərə dəyər.
- Əkdiyini toplayacaqsan.
- Əl uzun, ağıl qısa.
- Ən ciddi hakim - uşaqlarımızdır.
- Əvvəl yoxla, sonra inan.
- Əyri yolda irəli görünməz.
F
- Firavan dəfndən, kasıb toy yaxşıdır.
G
- Gecikən nahaq yerə tələsir.
- Göz uzağı görür, ağıl ondan da uzağı.
- Güc də ağla təslim olur.
- Güc yiyəsi haqlı deyil, düz yiyəsi haqlıdır.
- Gülməklə qarın doymaz
H
- Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa oraya qadın göndərərlər.
- Heç olmamaqdan, gec olmaq yaxşıdır.
- Həqiqət günəşdən işıqlıdır.
- Həqiqət suda batmaz, odda yanmaz.
- Həqiqəti hamı tərifləyir, amma hamı demir.
- Hər parıldayan qızıl deyil.
- Hər şey keçib gedər, həqiqət qalar.
- Hərə özünə cavabdehdir.
- Həvəs olsun, iş tapılar.
- Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət.
- Həyasızın gözü it gözünə oxşar.
- Həyət alma, qonşu al.
- Hürkmüş qarğa koldan qorxar.
X
- Xəsis varlı, dilənçidən də kasıbdır.
İ
- İki dovşan dalınca qaçsan, heç birini də tuta bilməzsən.
- İki nəfər deyəndə ki, sən sərxoşsan - yıxıl yat.
- İlanın dərisi təzəsə də, ürəyi həminkidir.
- İndi ki, oldun naxırçı - bizim inəyi də otar.
- İnək olsun, sərnic tapılar.
- İnsanı tanımaq üçün onunla bir pud duz yemək lazımdır.
- İş - ustasından qorxar.
- Işsiz qalanda soba da soyuq olar.
- İt cəsarətliyə hürər, qorxağı qapar.
- İt qadından ağıllıdır: sahibinə hürməz
- İynə hara, sap da ora.
K
- Kara mahnı oxuma, eşitməyəcək.
- Kasıblıq ayıb deyil.
- Keçi kimidir - ondan nə süd almaq olar, nə yun.
- Keçinin qabağından, atın arxasından, pis adamın hər tərəfindən qorun.
- Keşiş diridən də dartar, ölüdən də.
- Keşiş ölü gözləyir, məhkəmə - quldur.
- Keşiş üçün şadlıqdır: istər toy olsun, istər dəfn.
- Kəndçinin istəyi geniş torpaqdır.
- Kənddə axtarma, özündə axtar.
- Kişi dedi: "Baş mənəm". Arvad dedi: "Mən də boyunam, başçığazı hara istəsəm döndərərəm".
- Korlar içində çəp də hörmətli olar.
- Köksüz ot göyərməz.
- Kölgəndən qaça bilməzsən.
Q
- Qabağa qaç, dala da bax.
- Qalmaqallı məhəbbət yanğından betərdir.
- Qardaş məhəbbəti, daş divardan möhkəmdir.
- Qarğa qarğanın gözünü oymaz.
- Qarsız qış çörəksiz yaydır.
- Qələmlə yazılanı, baltayla pozmaq olmaz.
- Qəm harada, sevinc orada.
- Qəpiyi qorumayan, özü manata dəyməz.
- Qəzəbdən qorxma, nəvazişə uyma.
- Qızıl üzə çıxanda doğru batar.
- Qızıl bağışlama, nəvaziş bağışla.
- Qoca qurd xeyrini bilər.
- Qocalana kimi öyrənmə, ölənə kimi öyrən.
- Qonaq az qalar, çox görər.
- Qonağı tanı, sonra salamlaş.
- Qoyunun biri hara, sürü də ora.
- Qozbeli qəbir düzəldər.
- Ququ quşunun oxuduğu budur: yuvam yoxdur.
- Qurd kimi həris, dovşan kimi qorxaqdır.
- Qurd ovlayar, qurdu da ovlayarlar.
- Qurd sayılmış qoyunları da yeyir.
- Qurda nə verirsən ver, gözü yenə meşədə olacaq.
- Qurddan qorxan - meşəyə getməz.
- Qurdlarla dost ol, amma əlindən baltanı yerə qoyma. [1]
- Qurdu ona görə döymürlər ki, bozdur, ona görə döyürlər ki, qoyunu yeyib.
- Qurdun gödəni yeddi qoyun dərisindən tikilib.
- Qurdun yanında həmişə qoyun günahkardır.
- Quş da fikirləşməmiş uçmur.
- Quş lələyi ilə gözəldir, insan ağlıyla.
- Quşlar nə əkir, nə biçir - tox da dolanır.
- Quşu uçuşundan tanıyarlar.
- Qürbət qəbir kimidir.
L
M
- Mahnıdan söz qoparmaq olmaz.
- May soyuq olsa, ac olmazsan.
- Məhəbbəti, atəşi və öskürəyi camaatdan gizlətmək olmaz.
- Məhkəmədən çıxmış - nohurdan çıxmış, quru çıxa biməzsən.
- Məhsulu şeh yox, tər verir.
- Mən ögey əlində böyüməmişəm, əllərim uzundur.
- Mənim qardaşımsan, amma öz çörəyini ye.
- Minnətli tikə şirin də olsa, boğazdan keçməz.
N
- Nəyi gəzərsən, onu da taparsan.
O
- O adam xoşbəxtdir ki, vicdanı rahatdır.
- Od harada, tüstü orada.
- Odla, su ilə, yağışla dostluq eləmə, torpaqla dostluq elə.
Ö
- Ölümə baxmaq, günəşə baxmaq kimidir, açıq gözlə baxa bilməzsən.
- Özgə ağrısı heç kəsi ağrıtmaz.
- Özgə çörəyi ilə, özgə ağlıyla çox yaşamaq olmaz.
- Özgə dərdinə sevinmə.
- Özgə qanadı altında yuva qurma.
- Özgə oğrudan qorunarsan, özününkündən qurtarmazsan.
- Özgə ürəyi zülmət meşə kimidir.
- Özü oxuyur, özü dinləyir, özü də tərifləyir.
- Özümüzünküdür - düzəlişərik.
- Özündən yaxşı dost axtar.
- Özünə rəva bilmədiyini, özgəyə də bilmə.
- Özünü öymə, yalan, həqiqət eşidir, səni də udar indi.
- Özünü öymək ot biçmək deyil ki, beli ağrıda.
P
- Paxıl göz hər şeyi yemək istəyər.
- Paltara görə qarşılayır, ağla görə ötürürlər.
- Pas dəmiri, dərd ürəyi yeyər.
- Pul məni qazanmayıb, mən pulu qazanmışam.
- Pul pulda deyil, işdədir.
- Pula keşiş də oynar.
R
S
- Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün.
- Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır.
- Səadət günəşdir, gülümsər və gizlənər.
- Səda necə, əks-səda da elə.
- Səhv edə-edə öyrənərlər.
- Sən məni yazda yedirt, payızda özüm tox olaram.
- Sərçəyə topdan atəş açmazlar.
- Sınar, əyilməz.
- Söz - ox deyil, amma ürək yaralar.
- Söz vermirsən - özünü tut, Verirsən - sözünü tut.
- Sözə inanma, işə inan.
- Su daşı da dələr.
- Suya inanmaq olmaz, odla oynamaq.
Ş
- Şər qalmır, xeyir ölmür.
T
- Tapdanmış yerdə ot bitməz.
- Tapdın - sevinmə, itirdin - qəm yemə.
- Təkrar - biliyin anasıdır.
- Tələsərsən - adamları güldürərsən.
- Tələsmə, amma tez elə.
- Tənbəllik bütün eyiblərin anasıdır.
- Tərifli söz kifli olar.
- Tox adam işini fikirləşər, ac - çörəyini.
- Tox acın halını qanmır, kasıb varlıya inanmır.
- Torpaq hamını yedirəndir, amma o özü də yemək istəyir.
- Torpağa atmasan, götürə də bilməzsən.
- Tülkü bilir toyuğu harada axtarmaq lazımdı.
- Tülkü qurddan tox yaşayır.
- Tülkü yuxuda da toyuq sayar.
- Tülkünü hiyləsi dolandırır, dovşanı - cəldliyi.
U
- Uşağı ağlatmayan özü ağlar.
Ü
- Üzülmüş başın saçı üçün ağlamazlar.
V
- Vaxt qızıldan ibarətdir.
- Var - dövlət məhv edər, ağıl - xilas.
- Varlı pənqu döşək üstə də yata bilməz, amma kasıb saman üstə də yuxlayar.
- Vay o halına o kəsin ki, heç kimə yaxşılıq eləmir.
- Vəfalı dost yüz nökərdən irəlidir.
- Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.
- Vurağan inəyə allah buynuz verməz.
Y
- Yaxşı adam it qabağında da ar eləyir.
- Yaxşı arvad dərdi bölər.
- Yaxşı arvadın dəli əri də ağıllı kimi tanınar.
- Yaxşı ev yiyəsi bir gözüylə yatar.
- Yaxşı xəbər yerdə qalmaz.
- Yaxşı mal özü özünü təriflər.
- Yaxşılığa - yaxşılıq.
- Yaxşıya baxmaq yaxşıdır, ağıllıyla - yaşamaq.
- Yağ su ilə qarışmaz.
- Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.
- Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir.
- Yalanın ayağı saxsıdan olur.
- Yaman dildən qaça bilməzsən.
- Yarımçıq bilmək bilməməkdən pisdir.
- Yazda əldən çıxardığın bir günü bir ilə qaytara bilməzsən.
- Yeddi dəfə ölç, bir dəfə kəs
- Yerində gülmək günah deyil; yersiz dua etmək - heş nəyə dəyməz.
- Yolda çörək ağırlıq etməz.
- Yüz manatın olmasın, yüz dostun olsun.
Z
- Zarafat eləməyi də bacar, zarafata salmağı da.
- Zərb-məsəl - çiçək, atalar sözü - meyvədir.
- Zorən əziz olmazsan.
Mənbə
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015.
İstinadlar
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014