Məzmuna keç

Yanina İpaxorskaya

Yanina İpaxorskaya
Doğum tarixi 15 avqust 1914
Doğum yeri Lvov
Vəfat tarixi 20 sentyabr 1981
Vəfat yeri Krakov
Vikipediya məqaləsi

Janina İpohorska (1914–1981) — Polşalı rəssam və jurnalist idi. O, bir çox təxəllüsü ilə həftəlik "Pşekrui" aforizmləri sütununa rəhbərlik edirdi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adi bir qadınla adi kişi bir-birini qeyri-adi hesab edirsə, bu sevgidir.
  • Ağıl, kişinin başqa hər şeyi öyrəndiyi zaman qadında axtardığı şeydir.
  • Avtomobillər kişilərə qadınların dünyanın ən şıltaq məxluqları olmadığını öyrədir.
  • Bəlkə də iş çox da xoş bir məşğuliyyət deyil, amma səhər harasa getməlisən.
  • Bəşəriyyətə ən böyük təsiri, demək olar ki, heç kimin oxumadığı kitablar edib.
  • Bir qadın həmişəkindən daha çox danışırsa, bu o deməkdir ki, o, sizdən bir şey gizlədir.
  • Bir qızı öpüb öpməyəcəyinizi bilmirsinizsə, hər ehtimala qarşı öpün.
  • Bunu ayırd etmək lazımdır: qəti imtina, müvəqqəti imtina, şərti imtina və qadınların imtinası.
  • Eşitdiyiniz yalanların yarısı doğru deyil.
  • Evi nümunəvi qaydada saxlayan xanımlar — adətən o arvadlardır ki, daha çox evlərini sevirlər, nəinki ərlərini.
  • Eyni səhvi iki dəfə təkrarlamamaq üçün saçlarımızı hər dəfə müxtəlif rənglərə boyayırıq.
  • Əbədi sevgi təxminən altı ay davam edir.
  • Əgər kişi həmişə gözəl görünən, söhbət etməyi bilən, siyasətlə maraqlanan, yaxşı oxuyan və eyni zamanda ilk iraddan sonra susan qadın axtarırsa — ona qadın yox, televizor lazımdır.
  • Gənc gözəl qadın təbiətin möcüzəsidir. Orta yaşlı gözəl qadın sənət möcüzəsidir.
  • Gözəl olun və səssizcə oturun. Birincisi daha asandır.
  • Hansısa minbərdən yenə də lənətlənəcəksən.
  • Hər gün yarım saatınızı kədərinizə həsr edin və bu yarım saatdan bir az yatmaq üçün istifadə edin.
  • Həyat tramvay kimidir — vaqon sürücüsü ilə danışa bilməzsən.
  • İki arvadı olanın itə ehtiyacı yoxdur.
  • it al. Bu, pulun sevgini satın ala biləcəyi yeganə yoldur.
  • Karyera qadınlar üçün daha çətindir, çünki onları irəliyə aparacaq həyat yoldaşı yoxdur.
  • Kiçik oğlan qızları öpməyin axmaqlıq olduğuna əmindir. Sonra fikrini dəyişir. Lakin sonra öz ilkin fikrinə qayıdır.
  • Kişi evin ağası olmalıdır, təbii ki, evli olmasa.
  • Kişinin həyatında qadını tam başa düşmədiyi iki dövr var: toydan əvvəl və sonra.
  • Kişilər sadəcə qadınları anlamırlar. Bu onlara daha az başa gəlir.
  • Qadın paltoları üçün xəz əksər hallarda kişilərdən çıxarılır.
  • Qadının doğum haqqında şəhadətnaməsi həmişə ondan böyükdür.
  • Qadınlar uşaqlar kimi yox deməyi sevirlər. Kişilər də uşaqlar kimi buna ciddi yanaşırlar.
  • 40 yaşına girmək çətindir, ondan çıxmaq isə daha çətindir.
  • Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür.
  • Mən sevirəm və sevilirəm. Təəssüf ki, onlar eyni adam deyillər.
  • Müəyyən yaşa qədər yaşayıb belə qənaətə gəlirsən ki, sənin yaşında bütün məşhurlar artıq məşhur olub.
  • Nəzakətin birinci qaydası gözəl olmaq və ya heç olmasa çirkin olmamaqdır.
  • Rəfiqələrim mənim haqqımda mənim onlar haqqında olduğum kimi fikirdədirlərsə … yaxşı deyil — mənim haqqımda yaxşı fikirdədirlər!
  • Satıcıya dil gərək, alıcıya göz gərək.
  • Səmimiyyət sadəcə özünü idarə etməməkdir.
  • Sənin haqqında pis danışanları bağışla, amma sənə bu barədə danışanları deyil.
  • Tale mükafat vermir, ancaq borc verir.
  • Tam azad seçki olsaydı, hər kəs özünə səs verərdi.
  • Təhsil müəssisəsinin diplomu: nəyisə öyrənmək şansınızın olduğunu təsdiq edən sənəd.
  • Yenə də düşmənləriniz haqqında pis sözlər eşitmək qız yoldaşlarınız haqqında xoş sözlər eşitməkdən daha xoşdur.
  • Yetkinlik: hələ gənc olduğumuz, lakin daha çox çətinliklə yaşadığımız yaş.

İstinadlar

[redaktə]