Zəfər tağı
Görünüş
Zəfər tağı | |
---|---|
Arc de Triomphe | |
Janr | military fiction |
Müəllif | Erix Mariya Remark |
Orijinal dili | alman dili |
Yazılma ili | 1939 |
Nəşr ili | 1945 |
Zəfər tağı — Erix Mariya Remarkın əsəri.
Əsərdən sitatlar
[redaktə]A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam hərdən inanmaq istəyir ki, çox şeyi unutmağa qadirdir. Bu həm müqəddəs alqış olardı, həm də dəhşətli qarğış.
B
[redaktə]- Bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar. Yalnız belə dözmək mümkündür.
- – Biz ölməyəcəyik, – deyə o, Ravikin qolları arasından pıçıldadı.
– Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür, yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay ötüb keçir. Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik, ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə vermir.
D
[redaktə]- Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.
H
[redaktə]- Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir böyüyü var!Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddi başlı əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət… daha nə bilim nələr… Adicə insanlıq qanunlarından çıxıb arxasında gizlənmək üçün pərdə tapmağa nə var…
- Həyatı həyat kimi yaşamaq nə qədər də şirin imiş! İnsan ancaq səadətdən doyanda sakitləşir, çünki başqa heç nə istəmir.
X
[redaktə]- Xeyr, sənə hər zaman yalnız ehtiras və zəfər qazanmaq lazım olub. Elə bir insan istəyirsən ki, o əriyib sənə qarışmağa hazır olsun, lakin bunu etməyi bacarmasın. Sən çılğınlığı, coşqunluğu sevirsən, elə buna görə də ürəyin hər zaman boş qalacaq. Çünki insan ancaq öz qəlbində olan şeyləri əlində saxlaya bilər. Bu cür tufanlı qəlbdə isə heç nə qala bilməz. Onlar yalnız tənhalığın zülmət gecələrində bitir. Ancaq bir şərtlə ki, ümidsizliyə qapılmamalısan. Sənin bunlardan xəbərin varmı?
K
[redaktə]- Kimsə səni təhqir etdikdə, cavabını verirsən. Mərhəmət göstərdikdə isə qalırsan belə.
- Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. – bunların hər biri şirin sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib! Sən elə bir üfüqsən ki, bütün düşüncə və hisslərim orada birləşir…
Q
[redaktə]- Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər üçün keçirir.
M
[redaktə]- Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir! Onda şəhvət hissindən tutmuş, müqəddəs qəlb çırpıntıları, ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə təkbətək döyüşünə kimi hər şey var!
- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
S
[redaktə]- Sənin nə etməyindən asılı olmayaraq həyat yenə öz həyatlığında qalır – ya ümumiyyətlə heç nə olmur, ya da hər şey birdən baş verir.
- Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç kimə çox öyrəşməyəsən.
Y
[redaktə]- Yox, cəld dedi. "Belə deyil. Dost qalmaq? Solğun hisslərin soyudulmuş lavasına tərəvəz bağçası əkmək üçün? Xeyr, bu sizin və mənim üçün deyil. Bu, yalnız kiçik intriqalardan sonra baş verir və hətta bu, olduqca saxtadır. Sevgi dostluqla ləkələnmir. Axır sondur.