Zaur Ustac
Görünüş
Zaur Ustac | |||
Tam adı | Zaur Mustafa oğlu Mustafayev | ||
Doğum tarixi | 08.01.1975 | ||
Doğum yeri | Bakı, Azərbaycan SSR | ||
|
Zaur Ustac (tam adı: Mustafayev Zaur Mustafa oğlu; 8 yanvar 1975, Bakı, Azərbaycan SSR) — şair, publisist, "Qızıl qələm" mükafatı laureatı (2018); Prezident Təqaüdçüsü (2019-cu ildən); "Yazarlar" jurnalının təsisçisi və baş redaktoru. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cəhalət hökmüran olan dünyada, İnsanı məhv edər mərəz, cəhalət.
D
[redaktə]- Dilində şükür olanın günü xoş keçər.
Q
[redaktə]- Qızıl dəmirçinin əlində ancaq, Uzağı ən nəfis bir nal olacaq.
S
[redaktə]- Sevin ki, seviləsiniz.
T
[redaktə]- Tarixi yaşat ki, tarix də səni yaşatsın.
- Təcvidlə, üzməyi bilmirsə əgər, Heç nə öyrətməmiş, övlada pədər.
Haqqında deyilənlər
[redaktə]- Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal — azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Professor, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov[1].
- Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu "Şehçiçəyim" şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Filologiya üzrə fəlsəfə doktoru, Ülviyyə Hüseynova[2].
- Zaur Ustacın elm, ürfan, təlim, əql, idrak, zəka, kamillik, gözəlliyi qiymətləndirməyi bacarmaq kimi fikirləri də vardır ki, bunların ciddi elmi-tədqiqata ehtiyacı var. Pedaqogika üzrə elmlər doktoru, professor Kamal Camalov[3].
İstinadlar
[redaktə]- ↑ Qurban Bayramov (17 oktyabr 2020). ""Ədəbiyyat qəzeti", Zaur Ustac - qələmdar olmaq missiyası, Qurban Bayramov. N 46 (5274) S.29" (azərb.). Anl.az. 2020-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ Ülviyyə Hüseynova (9-10 iyun 2020). ""Həftə içi" qəzeti, Ədəbiyyat bağçasında öz çiçəyi olan şair, Ülviyyə Hüseynova. Həftə içi.- 2020.- 9-10 iyun.- S.8" (azərb.). Anl.az. 2020-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ Kamal Camalov (26 noyabr 2019). ""Ədalət" qəzeti,"Əliş və Anna" poemasında əxlaqi-mənəvi dəyərlər - "Əliş və Anna" poeması Zaur Ustacın yaradıcılıq pasportudur , Kamal Camalov. Ədalət.- 2019.- 26 noyabr.- S.6" (azərb.). Anl.az. 2021-09-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.