Adam Smit
Görünüş
Adam Smit | |||
Doğum tarixi | 16 iyun 1723 | ||
Doğum yeri | Kerkoldi | ||
Vəfat tarixi | 17 iyul 1790 | ||
Vəfat yeri | Edinburq | ||
Dəfn yeri | Canongate Kirkyard | ||
|
Adam Smit (ing. Adam Smith; 5 iyun 1723 və ya 16 iyun 1723, Kerkoldi, Fayf – 17 iyul 1790, Edinburq) — şotland əsilli Böyük Britaniya filosofu və iqtisadçısı.
Müasir kapitalizmin banisi hesab olunan Adam Smit əxlaq fəlsəfəsi professoru olması səbəbindən iqtisadi yanaşmalarında bu elmin təsirləri hiss olunur. İqtisadiyyatda və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başqaları üçün çox, özümüz üçün az hiss etmək; eqoizmimizi cilovlamaq və xeyirxahlığımızı həyata keçirmək insan təbiətinin kamilliyini təşkil edir.
- Bazarı görünməz bir əl əlaqələndirir.
- Bir dövləti ən aşağı barbarlıqdan ən yüksək sərvət səviyyəsinə çatdırmaq üçün başqa bir şey tələb olunmur, ancaq sülh, asan vergilər və dözülən ədalət idarəsi: qalan hər şey təbii gedişat nəticəsində yaranır.
- Bizi özümüzə dəyər verdiyimiz kimi qiymətləndirən və bizi digər bəşəriyyətdən fərqləndirən bir insan tapmaqdan məmnunuq.
- Böyük xalqlar heç vaxt fərdi şəxslərin israfçılığı və laqeydliyi ilə yoxsullaşmır, lakin onlar çox vaxt dövlət hakimiyyətinin israfçılığı və laqeydliyi ilə yoxsullaşırlar.
- Böyük şöhrətpərəstlik, həqiqi üstünlük istəyi, rəhbərlik və yönləndirmək bütünlüklə insana xas görünür və nitq şöhrətpərəstliyin böyük alətidir.
- Buraxın etsinlər, buraxın keçsinlər.
E
[redaktə]- Elm şövq və xurafat zəhərinə qarşı böyük dərmandır.
Ə
[redaktə]- Ədalət kişi cinsindən, insanpərvərlik isə qadın cinsindəndir.
- Əmək ilk qiymət idi, ilkin alış — hər şey üçün ödənilən pul. Dünyanın bütün sərvətləri əvvəlcə qızıl və ya gümüşlə deyil, əməklə alındı.
- Ən çox faktı mənimsəyə bilən və nəsildən-nəslə, bütün fikir dəyişikliyi və təfərrüatlarla bunu davam etdirə bilən nəzəriyyə bütün müşahidələri idarə etməli olan nəzəriyyədir.
F
[redaktə]- Fəzilət pislikdən daha çox qorxuludur, çünki onun həddi aşması vicdanın tənzimlənməsinə tabe deyildir.
G
[redaktə]- Görünür, küskünlük təbiət tərəfindən bizə müdafiə üçün verilmişdir və yalnız müdafiə üçün! Bu, ədalətin qorunması və təqsirsizliyin təhlükəsizliyidir.
- Günahkara mərhəmət, günahsıza zülmdür.
H
[redaktə]- Hər fərdin öz şərtlərini yaxşılaşdırmağa istiqamətli təbii səyləri, qıraqdan ediləcək hər hansı bir köməkdən çox daha faydalıdır və cəmiyyətdə sərvət və rifahın artması üçün kifayətdir.
- Hər hansı bir ölkənin torpağı özəl mülkiyyətə çevrilən kimi, mülkədarlar, bütün digər insanlar kimi, heç vaxt əkmədikləri yerdən biçməyi sevirlər və hətta onun təbii məhsulu üçün də icarə haqqı tələb edirlər.
X
[redaktə]- Xoşbəxtlik heç vaxt barmağını nəbzinə qoymaz.
İ
[redaktə]- İnsan başqalarından nümunə götürməsə, irəliləyə bilməz.
- İnsanın yeganə xəzinəsi onun yaddaşıdır Zənginlik və yoxsulluq yalnız ondadır.
- İnsanlara ədaləti sevdirmək üçün əvvəlcə onlara ədalətsizliyin nəticələrini göstərmək lazımdır.
- İnsanlıq qadının, səxavət kişinin fəzilətidir.
- İstehlak bütün istehsalın yeganə məqsədidir; İstehsalçının maraqları yalnız istehlakçının maraqlarını təşviq etmək üçün lazım ola biləcəyi qədər nəzərə alınmalıdır.
K
[redaktə]- Kasıbların əsl faciəsi onların arzularının yoxsulluğudur.
M
[redaktə]- Mən heç vaxt ictimai rifah üçün ticarətə təsir edənlərin çox yaxşı iş gördüyünü bilməmişəm.
- Mülki hökumət, nə qədər ki, mülkün təhlükəsizliyi üçün qurulursa, əslində varlıları yoxsullara qarşı və ya bir qədər malı olanları heç olmayanlara qarşı müdafiə etmək üçün qurulmuşdur.
- Müdafiə sərvətdən üstündür.
N
[redaktə]- Naharı gözləməyimiz qəssabın, pivəçinin və ya çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına münasibətlərindəndir.
- Nifrət və qəzəb yaxşı bir ağlın xoşbəxtliyinə ən böyük zəhərdir.
Ö
[redaktə]- Ölkənin kapitalını artırmaqla deyil, bu kapitalın daha çox hissəsini aktiv və məhsuldar etmək yolu ilə bank işinin ən ağıllı əməliyyatları ölkənin sənayesini yüksəldə bilər.
P
[redaktə]- Pul bir şeyi dəyişdirmək üçün vasitədir.
S
[redaktə]- Sağlam, borcu olmayan, vicdanı təmiz olan insanın xoşbəxtliyinə nə əlavə etmək olar?
Ü
[redaktə]- Üzvlərinin çox hissəsinin yoxsul və bədbəxt olduğu heç bir cəmiyyət, şübhəsiz ki, çiçəklənən və xoşbəxt ola bilməz.
V
[redaktə]- Var-dövləti az olan insana ən nümunəvi əxlaqdan başqa heç nə ləyaqət verə bilməz.
Y
[redaktə]- Yük daşımaq, barter etmək və bir şeyi başqası ilə dəyişmək meyli bütün insanlar üçün ümumidir və heç bir heyvan irqində rast gəlinmir.
Z
[redaktə]- Zənginlərə və qüdrətlilərə heyran olmaq və onlara pərəstiş etmək, kasıb və zəlil vəziyyətdə olan şəxslərə xor baxmaq və ya etinasızlıq göstərmək, rütbələrin və cəmiyyətin nizam-intizamının müəyyənləşdirilməsi və saxlanması üçün zəruri olsa da, eyni zamanda, mənəvi hisslərimizin korlanmasının ən böyük və ən universal səbəbidir.
- Zənginlərin böyük hissəsi üçün sərvətdən həzz almaq sərvət paradından ibarətdir.